Diaspor təşkilatı referendumla bağlı maarifləndirməyə başlayır
Tarix: 22.08.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi sentyabrın 26-da ölkədə keçiriləcək referendumla bağlı Ukraynada maarifləndirmə işinə başlayır. Mərkəzdən verilən məlumata görə, sentyabrdan başlanacaq maarifləndirmə işində məqsəd xaricidə yaşayan azərbaycanlıları ölkəmizin həyatında baş verəcək mühim dəyişikliklərlə tanış etməkdir. 
Ukraynada Dəyirmi masa, digər ölkələrlə isə virtual vasitələrlə aparılacaq maarifləndirməyə əsasən səsvermə hüququ olan tələbələr və digər təbəqədən olan azərbaycanlılar cəlb ediləcək. 
Maarifləndirmə zamanı  həm də Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun internet saytlarından, media vasitələrindən istifadə olunacaq.  

Məlumatda bildirilir ki, Azərbaycan demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq daim müşahidə olunmaqdadır.  
Xatırladaq ki,  Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayından sonra yaradılıb. Mərkəzi ofisi Kiyev şəhərində yerləşən yeni qurum Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. Mərkəz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib. 
Sentyabr ayında qurumun fəaliyyəti və digər məsələlərlə bağlı Mərkəz rəhbərliyinin bir sıra ölkələrə səfəri planlaşdırılır. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info