Hər ağacın öz naxışı, öz gözəlliyi var
Tarix: 22.08.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında müxtəlif sənət növləri ilə yanaşı, ağacoyma sənətinin yaşadılmasına da diqqət yetirilir. Bu sənətlə məşğul olan sənətkarlara dövlətimiz xüsusi qayğı göstərir, onlar üçün emalatxanalar yaradılır.
AZƏRTAC xəbər verir ki, bu gün muxtar respublikada ağacoyma sənəti ilə çox sayda sənətkar məşğul olur. Onlardan biri də Akif Həsənovdur. Bizimlə söhbətində usta Akif bildirdi ki, xəttatlıq, nəqqaşlıq, xarratlıq və rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin bir sənətdir: “Bu sənət insandan səbir, bacarıq, güclü yaddaş və eyni zamanda, ideya tələb edir. Elə etmək lazımdır ki, hər şey ölçüsündə, yerli-yerində olsun. Diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz. Çoxları belə düşünür ki, quru odun parçasıdır, müxtəlif eskizlər, üsullar tətbiq edirsən, olur sənət əsəri. Lakin bir sənət əsərini yaratmaq üçün bəzən günlərlə düşünmək, gözlərin önünə tamamlanmış əsəri gətirmək lazım olur. Bu sənətdə orijinal fikirlər və üslublar axtarıb tapmaq məsələnin ən vacib tərəflərindəndir.
Usta Akif qeyd etdi ki, ağac var ustadan yumşaqlıq, mülayimlik tələb edir, ağac var sərtlik. Ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Ancaq ağac da var ki, çox çətin “ipə-sapa yatır”, insanın səbrini imtahana çəkir, istədiyin nəticəni əldə etmək çox çətin olur. Bundan başqa, hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub hiss etmək lazımdır. Əgər qarşındakı ağacın, belə demək mümkünsə, səndən nə istədiyini hiss edib duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək.
Gənclərin bu sənətə böyük maraq göstərdiyini deyən usta Akif bildirdi ki, işini bilən usta öz əl işləri ilə davamçısını qazanır. Yəni, ola bilməz ki, yaxşı ustanın əl işi heç kimi bu sənətə cəlb etməsin, çağırmasın: “O ki qaldı, bu sənətin sirlərini öyrətməyə, bax, onda yaxşı usta bilik, təcrübə kimi zəngin xəzinəsinin qapılarını öz davamçısının üzünə açmalı, ondan heç bir şeyi gizlətməməli, onunla ağacların dili ilə danışmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info