Boks üzrə Azərbaycan yığması Avropada 4-cü olub
Tarix: 22.08.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarının yekunları açıqlanıb.Azərbaycan boks millisi “Rio-2016”da final həyəcanı yaşayan 12 ölkədən biri olub. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan – Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb.Daha bir boksçumuz – Kamran Şahsuvarlı (75 kq) da Braziliyadan medalla qayıdır. Olimpiyaçımız yığmanın hesabına bürünc mükafatı yazdırıb.Nəticədə, Olimpiya Oyunlarını bir gümüş və bir bürünclə başa vuran komandamız “Rio-2016”da 10-cu yerə şərik olub. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb. Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından Azərbaycan Avropada ilk dördlükdə qərarlaşıb.
Medal sayında birinci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda da onları qabaqlayıblar. Fransa isə siyahıda üçüncü olub. Ümumilikdə, 19 ölkə üzvləri medala yiyələnib. Bunlardan on ikisi final həyəcanı yaşayıbsa, yeddisi yalnız bürünc qazanıb. Himni səslənən ölkələrin sayı isə səkkiz olub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info