İsmayıllıdakı velosiped zavodu Qafqazda bu tip ilk istehsal müəssisəsidir
Tarix: 22.08.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yeni istifadəyə verilən “İSMA BİKES” velosiped istehsalı zavodu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən zəruri və məqsədyönlü tədbirlərin nəticəsidir. Avqustun 10-da zavodun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı dövlətimizin başçısı deyib: “Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonra uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq”.
AZƏRTAC xəbər verir ki, illik istehsal gücü 30 min ədəd velosiped olacaq zavod zəruri infrastrukturu ilə Qafqazda bu cür yeganə istehsal müəssisəsidir. Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində tikilən istehsal müəssisəsi Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsallı avadanlıqlarla təchiz olunub. Burada velosipedin bütün növləri üzrə istehsal nəzərdə tutulub. Xüsusilə 24, 26, 28 ölçülərdə dağ və sürət velosipedləri buraxılacaq. Habelə velosipedin disk hissələri də istehsal ediləcək.
İstehsal edilən velosipedlərin 200-400 manata satışı nəzərdə tutulub. Ümumiyyətlə, məhsullar bazar qiymətlərindən ucuz olacaq.
Hazırda müəssisədə 50 nəfər işçi çalışır. İlin sonunadək işçilərin 100 nəfərə çatdırılacağı planlaşdırılıb. Burada çalışanlar əsasən yerli sakinlər, xüsusən də Diyallı kəndindən və ətraf yaşayış məntəqələrindən olan işçilərdir.
Müəssisənin ərazisində müasir velotrek meydançası da var. Bununla əlaqədar respublika Velosiped İdman Federasiyasının əməkdaşı Elnur Əliyev AZƏRTAC-ın müxbirinə deyib: “Meydança 3 hektar ərazini əhatə edir. Burada velosiped idman yarışlarının keçirilməsi üçün bütün lazımi şərait var. Velosiped meydançası, həm də bölgədə idmanın bu növünün inkişafına güclü təkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
19.11.2018
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması işlər başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info