15 498 nəfər imtiyazlı şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib
Tarix: 22.08.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin bərpa müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində işlər davam etdirilir. Ümumilikdə yanvar-iyul aylarında nazirliyin imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində həyata keçirdiyi tədbirlər 15,5 min nəfərədək insanı əhatə edib.
Cari ilin yanvar-iyul aylarında nazirliyin əlillərin bərpa mərkəzlərində 4650 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib. Bu təbəqədən olan vətəndaşların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 8400 nəfərə yaxın şəxs müvafiq xidmətlərlə təmin olunub. Onlara ümumilikdə 20501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1034 ədəd əlil arabası verilib.
Bu dövrdə 70 nəfər əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlilliyi olan insanların, habelə şəhid ailəsi üzvlərinin ayrı-ayrı sanator-kurort müəssisələrində müalicələrinin təşkili işlərinin davamı olaraq, belə şəxslərdən ibarət 2320 nəfər vətəndaşa sanator-kurort yollayışı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info