“Rioda qazanılan medallar avarçəkmə idmanına marağı daha da artıracaq”
Tarix: 23.08.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


AMAF prezidenti Elçin Zeynalov: “1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir”

Azərbaycan Milli Avarçəkmə Federasiyası fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazandı. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə qazanıldı.
Əldə olunan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda idmançılarımıza dəstək olan AMAF prezidenti Elçin Zeynalov federasiyanın mətbuat xidmətində müsahibəsində belə dəyərləndirib:
- İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Avarçəkmə növləri üzrə 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir. Ümumiyyətlə, məndən tez-tez proqnozlarımı və onun həyata keçib-keçmədiyini soruşurlar. Mənim cavabım belədir: Olimpiya Oyunları üçün proqnoz vermək doğru deyil. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş verir. Elə götürək bugünkü final yürüşünü. "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas bu dəfə heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı. Yəni, olimpiada çox gözəl, mürəkkəb mübarizənin getdiyi oyunlardır. Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal arzulayırlar. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında 2 medal qazandıq.
- Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına təkan olacaqmı?
- Azərbaycanda avarçəkənlər üçün çox gözəl şərait Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Bazasında yaradılıb. Rusiya telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. 3 milyon əhaliyə malik şəhərdə avarçəkmə bazası olmaya bilməz. Çox ümid edirəm ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm avarçəkmə növlərinə marağı daha da artıracaq, həm də gələcəkdə paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan olacaq.
-İlk günlərdən Olimpiadanı izləyirsiniz. Demyanenko Azərbaycan olimpiyaçıları adına 10-cu medalı təmin etdi. Ümumilikdə isə idmançılarımız 18 medal qazandı və "London-2012"-dəki rekordu, demək olar ki, ikiqat artıqlaması ilə yenilədilər. Ümumiyyətlə, idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan yığması gözlənilməz və çox gözəl nəticələr göstərdi. Bəli, 18 medal qazandıq. Əvvəlki Olimpiadalarla müqayisədə gümüş medalların sayı çoxalaraq, 7-yə çatdı. Ən əsası, bu Olimpiadada daha çox - 18 növdə təmsil olunduğumuz kimi, daha çox - 5 növdə də medal qazandıq. Cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvondo və kayak-kanoedə də medallar əldə etdik. Bunlar Azərbaycanda idmanın inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü, nümayişidir. Taekvondoda ilk dəfə qazanılan medallardan biri "qızıl" oldu. Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır. Amma ən vacib məsələ Azərbaycanda idmanın inkişafı, idman növlərinin inkişaf coğrafiyasının genişləndirilməsidir.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info