“Ermənistan hakimiyyəti acı həqiqətlə üz-üzədir”
Tarix: 23.08.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Aykazn Qaqriyan: “Ermənistanın müdafiə və təhlükəsizlik sferasında cinayətkar siyasət həyata keçirilib. Faktiki olaraq Ermənistan ordusu taleyin ümidinə buraxılıb”

Aprel hadisələrindən sonra start alan fəal diplomatik görüşlərdə bir qədər fasilə yaranıb. Əslində, ekspertlər bu fasiləni Ermənistana düşünmək üçün verilən vaxt kimi də dəyərləndirirlər. Rusiya dövlət başçısı Putinin Bakıya səfəri, Azərbaycan-Rusiya-İran formatında yeni danışıqlar müstəvisinin yaradılması və bu müstəvidə müzakirə olunan əsas məsələlərdən birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olması, Azərbaycan müdafiə nazirinin Moskva səfərindən bir neçə gün sonra Rusiya müdafiə nazirinin Bakıya səfəri, əslində, pərdə arxasında ciddi danışıqların getdiyini təsdiqləyir.
Bəzi ekspertlər Azərbaycanın Rusiyadan yeni növ silahlar alması ilə bağlı tərəflər arasında danışıqlar aparıldığını qeyd edirlər. Bu hadisələrin fonunda Ermənistanda ictimai-siyasi vəziyyətin gərgin olması müşahidə edilir. Xüsusilə aprel hadisələrindən sonra danışıqlarda fəallaşmanın olması fonunda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, xüsusi qrupun polis bölməsinə basqını, onların orada günlərlə, nümayişkaranə şəkildə qalması bu hadisələrin təşkil edilmiş ssenari olduğunu deməyə əsas verir. Biz artıq dəfələrlə müşahidə etmişik ki, münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olan kimi Ermənistanda mütləq səhnələşdirilmiş hadisələr olur və münaqişənin həllinin qarşısı kəsilir.

“Daha bir faciəli məqam Ermənistanın xarici siyasətinin yoxluğunun üzə çıxması oldu. Öz cinayətkar xarakterinə görə xarici siyasət sahəsi müdafiə sferasından daha çox məsuliyyət daşıyır”

Amma aprel ayında baş verən hadisələrdən sonra Ermənistan və onun havadarları anladılar ki, onlar üçün ən məqbul variant münaqişəni sülh yolu ilə həll etməkdir. Əks halda, Azərbaycan hərbi yolla torpaqlarını azad edə biləcəyini aprel ayında sübut etdi. Rusiya ilə danışıqlarda yeni hücum silahlarının alınması məsələsinin müzakirəsi də bunu təsdiqləyir. “Lragir.am” saytının baş redaktoru Aykazn Qaqriyan bildirir ki, aprel hadisələrindən sonra Sərkisyan Kazan planının mahiyyətini açıqladı və onun Madrid prinsiplərinin modifikasiyalaşmış forması olduğu məlum oldu. Daha sonra bəzi rusiyalı ekspertlər tərəfindən Ermənistanın ərazi məsələsində güzəştə getməyə razı olması ilə bağlı fikirlər dövriyyəyə buraxıldı. Qaqriyan yazır ki, daha sonra Minsk qrupunun əvvəlki həmsədri Metyu Brayza planın mahiyyətini açıqladı. Ekspert hesab edir ki, ərazi məsələsində güzəştə gedilməsinə razılıqla bağlı planın “açılması”, əslində, yeni mərhələnin başlamasına hesablanıb: “Bununla hansısa daxili və xarici prosesləri stimullaşdırmağa çalışırlar. Beləliklə, aprel müharibəsi öz tapşırıqları və trendləri olan yeni mərhələnin başlaması üçün dönüş nöqtəsi ola bilər. İlkin əlamətlər artıq özünü göstərməyə başlayıb. Aprel hadisələri yeni nizamlama mərhələsində vacib rol oynayacaq bəzi məsələləri də üzə çıxartdı. Məlum oldu ki, Ermənistanın müdafiə və təhlükəsizlik sferasında cinayətkar siyasət həyata keçirilib. Faktiki olaraq Ermənistan ordusu taleyin ümidinə buraxılıb. Bir sıra korrupsiya faktlarının üstünün açılması göstərir ki, “yeyilən” pullarla ordunu tam müasir silahlarla təmin etmək olarmış. Daha bir faciəli məqam Ermənistanın xarici siyasətinin yoxluğunun üzə çıxması oldu. Öz cinayətkar xarakterinə görə xarici siyasət sahəsi müdafiə sferasından daha çox məsuliyyət daşıyır. Bəlkə də, aprel hadisələrinin baş verməsinin səbəbi Ermənistanın xarici siyasətinin olmamasındadır. Ermənistanda idarəetmə sisteminin effektsiz olduğu, sistemli korrupsiyanın varlığı aşkar şəkildə özünü göstərdi. Sərkisyan hakimiyyətinin bu vəziyyəti düzəltmək üçün iradəsi yoxdur. Kremlə yaxın olan ekspertlərdən biri bildirib ki, Ermənistan ancaq daxili siyasi vəziyyətdən çıxış edərək torpaq güzəştinə gedəcək. Bu, çox ədəbsiz olsa da, ədalətli yanaşmadır. İndi Ermənistan hakimiyyəti acı həqiqətlə üz-üzədir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info