Vaşinqton da artıq Ukraynadan bezib
Tarix: 23.08.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Ukrayna liderinin Rusiya təhlükəsi ilə bağlı son açıqlamalarının heç bir əsasının olmadığını
deyib


Ukrayna prezidenti Petro Poroşenko bu günlərdə bir daha Rusiyanın "bütün istiqamətlərdə tam miqyaslı işğalı" ilə bağlı ehtimalla çıxış edərək ölkəsini də buna müşahidəçi qalmayacağını və “mübarizə üçün hazır olduqları” vədini verib. Rusiya XİN-in səlahiyyətli nümayəndəsi Mariya Zaxarova isə Ukrayna prezidentinin sözlərinə reaksiya verərkən onun nə barədə danışdığını anlamaqda çətinlik çəkdiyini bildirib.
Maraqlıdır ki, Petro Poroşenkonun bu bəyanatı təkcə Rusiya tərəfindən deyil, həm də ABŞ tərəfindən o qədər də başa düşülən deyil. Hətta “Rusiya təhlükəsi” barədə söylənilən bütün bəyanatlara şərh verən ABŞ bu dəfə Ukrayna liderinin ehtimalına olduqca kəskin reaksiya göstərib. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Djeff Devis Ukrayna liderinin bu fikirlərinin heç bir əsası olmadığını, Rusiya qoşunlarının bölgədəki hərəkətlərinin təlimlə bağlı olduğunu və bunun Ukrayna üçün heç bir təhlükə törətməyəcəyini bəyan edib. Xatırladaq ki, bir neçə gün əvvəl Amerikanın “The Wall Street Journal” nəşri Pentaqondakı mənbələrinə istinadən yazırdı ki, Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşun toplaması bu ölkənin Qara dəniz regionunda güclənməsinə hesablanıb və bu da NATO-nun hərbi strategiyasına uyğun hal kimi dəyərləndirilməlidir. Buna rəğmən Ukrayna prezidenti ilə telefon əlaqəsi saxlayan ABŞ vitse-prezidenti Co Bayden Poroşenkonu "təmkin nümayiş etdirməyə” çağırıb. Qeyd edək ki, Pentaqon nümayəndəsinin son bəyanatı Vaşinqtonun, bəlkə də, ilk dəfə olaraq Ukrayna siyasətçiləri ilə razılaşmadığını, onların “Rusiya təhlükəsi” barədə dediklərinin elə də böyük əhəmiyyət kəsb etmədiyinin sübutudur. Yeri gəlmişkən, yaranmış vəziyyətlə bağlı şərh verən Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov da artıq ABŞ-ın “Kiyevin isterikasından yorulduğunu” bildirib. Görünür, “Ukrayna yorğunluğu” Avropadan sonra Amerikada da impuls qazanmaqdadır. Hadisələrin bu istiqamətdəki gedişi Ukrayna üçün avropalı sponsorlardan sonra okeanın o tayından da maliyyə dəstəyinin azalması ilə nəticələnə bilər. Rusiya Regional Problemləri İnstitutunun baş direktoru Dmitriy Juravlevin fikrincə, hazırda ABŞ-da keçirilən seçki kampaniyası Ukrayna siyasətinə də təsir göstərir. Onun sözlərinə görə, hazırda amerikalılar yeni bir mövqe axtarışındadırlar. Ona görə də, hazırda Ukrayna isterikası ABŞ üçün yaxşı bir səbəb vəd etmir. Ukraynanın maliyyə məsələsinə toxunan Juravlev bildirib ki, Dünya Bankı və BVF maliyyə yardımlarını Ukraynaya borc kimi verir: “Siyasi dəstək məsələsinə gəlincə, Poroşenko unutmamalıdır ki, “Minsk formatı”nın üzvü olmayan ABŞ dövləti ölkədə siyasi islahatlar həyata keçirilməsini məhz Ukrayna liderindən gözləyir. Amma Ukrayna bu istiqamətdə heç bir addım atmamaqla avropalıları qıcıqlandıraraq, ABŞ-ın bu ölkəyə dəstək olacağına ümid edirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info