Elektron təhsili necə inkişaf etdirməli?
Tarix: 14.03.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında digər məsələlərin müzakirəsi ilə yanaşı, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin təqdimatı, qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabat da dinlənilib. Elmi Şuranın sədri, universitetin rektoru, akademik İsa Həbibbəyli hər iki məsələ ilə bağlı ətraflı məlumat verib.
Qeyd olunub ki, 18 oktyabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirənin tələblərinə uyğun olaraq, Naxçıvan Dövlət Universitetində “Elektron təhsil” və “Elektron universitet” layihələri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi həyata keçirilir. Bu layihələr dünya standartlarına cavab verəcək modern universitet yaradılması, elektron təhsilin reallaşdırılması istiqamətində görülən mühüm işlərdir. Rektor Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əlaqələrin inkişafından, Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Mərkəzi və Koreya dili üzrə hazırlıq kurslarının uğurlu fəaliyyətindən də danışıb. Bildirilib ki, hazırda universitetdə 10 nəfərə yaxın koreyalı tələbə, o cümlədən bir nəfər doktorant təhsil almaqdadır. Boloniya sisteminin əsas prinsiplərinə uyğun olaraq, universitetlərarası tələbə mübadiləsi genişlənir. KOİCA ilə birgə həyata keçiriləcək “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə informasiyalaşdırılmış universitet modelinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov sözügedən layihəni slaydlar şəklində təqdim edərək bildirib ki, 2011-ci ildə Cənubi Koreyanın Azərbaycandakı səfiri Choi Suk İnin Naxçıvan Dövlət Universitetinə səfəri çərçivəsində bu layihə təklifi müzakirə olunub, səmərəli tərəfdaşlıq nəticəsində 29 yanvar 2013-cü il tarixdə layihənin qrant razılaşması imzalanıb, 21 fevral 2013-cü ildə bu razılaşma dövlət tərəfindən təsdiq olunub. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 mln. 500 min ABŞ dolları həcmində vəsait ayrılıb. Layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil mühiti üçün video-konfrans, IP-PBX, ID kart sistemi və s. kimi müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın müasir texnologiyanın tətbiqi təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsi məqsədi daşıyır. Elmi işlər üzrə prorektor layihənin icrası məqsədi ilə koreyalı ekspertlərin universitetə ezam ediləcəyi, bir sıra təlim kurslarının təşkil olunacağı, elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması üçün alınacaq müasir texnologiyalar və avadanlıqlar haqqında məlumat verib. Universitetin Elektron Təhsil Şöbəsinin müdiri Hüseyn Qasımov qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabatda 2012-2013-cü tədris ilində universitetin I kurs tələbələrinin qış imtahan sessiyasında 10 fakültə üzrə 942 tələbənin iştirakı ilə 43 ixtisas-50 qrup üzrə 153 elektron-test imtahanı götürüldüyünü, 928 tələbənin müvəffəq qiymət aldığını bildirib. İmtahanların müvəffəqiyyətli keçirilməsi üçün universitetdə yeni kompyuter proqramı hazırlanıb, imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılıb və universitetin rəsmi internet səhifəsində yerləşdirilib. Növbəti semestr imtahanında bütövlükdə 200 imtahanın elektron-test üsulu ilə keçirilməsi nəzərdə tutulur. Elektron Təhsil Şöbəsinin müdiri birinci kurslarla yanaşı, digər kursları da əhatə edəcək növbəti elektron-test imtahanlarının təkmilləşdirilməsi məqsədilə imtahan proqramlarının yenilənməsi, tələbələrin kodlaşdırılması, elektron jurnalların hazırlanması kimi tədbirlərin həyata keçiriləcəyini bildirib.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info