“Misirdə təhsil alan tələbələrlə tez-tez görüşlər keçiririk”
Tarix: 23.08.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Ramil Nemətoğlu: “Misirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş təbliğat aparılır”

Misirdə Azərbaycan diasporu uzun illər idi ki, tam formalaşa bilmirdi. 2011- ci ildə Misirdəki Azərbaycan Diasporu təşkilatının yaradılması ilə bu problem aradan qalxdı. Artıq bu təşkilat əsası gənclərdən ibarət olan Misirdəki soydaşlarımızı öz ətrafına toplayıb. Hərçənd, bu iş heç də asan olmayıb. Bu haqda Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri Ramil Nemətoğlu öz fikirlərini bizimlə paylaşıb.

-Öncə mümkünsə özünüz haqda məlumat verərdiniz.
-Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhər 14 saylı Ərəb dili təmayüllü orta məktəbdə almışam. 11 illik ərəb dilində aldığım təhsilin məndə ərəb dilinə oyatdığı həvəs məni Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili və Ədəbiyyatı bölümünə aparıb çıxarıb. Universitetdə oxuduğum illərdə Misir Ərəb Respublikasının (MƏR) Qahirə şəhərində 6 aylıq təkmilləşdirmə kursu keçdim. Elə o zamandan etibarən də Misir Ərəb Respublikasında təhsilimi davam etdirmək mənim üçün bir arzuya çevrilib. 2007-ci ildə Bakı Dövlət Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra 2010-cu ildə artıq arzularımı gerçəkləşdirə bildim. Elmi dərəcəmi artırmaq üçün magistratura təhsilimi Misir Ərəb Respublikasının Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Ərəb dili və Ədəbiyyatı bölümünü qazanmağa nail oldum. Qahirə Universitetində oxuduğum illərdə hər zaman yerli və xarici tələbələrlə münasibət qurub, onlara hər zaman Vətənimiz Azərbaycan haqqında gerçəklikləri çatdırmağa çalışmışam.
-Rəsmi Qahirənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
-Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir. Misir Dağlıq Qarabağ münaqişəsi yaranan vaxtdan Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında hər zaman Azərbaycanı dəstəkləyən ölkələrdən biridir. Misirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin insanlara çatdırılması üçün geniş təbliğat aparılır.
-Misirdəki azərbaycanlı tələbələr diaspor sahəsində aktivdirlərmi?
-İnqilabdan əvvəl Misirdə yaşayan və təhsil alan azərbaycanlıların sayı çox olduğu halda, inqilabdan sonra, tələbələrin və bizneslə məşğul olan həmyerlilərimizin sayının azalması müşahidə olunur ki, bu da başa düşüləndir. Amma ümumilikdə götürsək, Qahirə və ətraf səhərlərdə 100-dən artıq azərbaycanlı yaşayır ki, bunlar da öz növbələrində ictimai fəaliyyətlə məşğul olurlar. Misirdə təhsil alan tələbələrlə hər zaman əlaqə saxlayıb, onlarla görüşlər keçiririk.
-Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- Hazırda rəhbəri olduğum Misirdəki Azərbaycan Diasporu təşkilatını 2011- ci ilin sentyabr ayında yaratdıq. Bizim məqsədimiz Azərbaycan reallıqlarını, ölkəmizin inkişafını, mədəniyyətimiz, dərin tariximiz, Bakıda və regionlarda təşkil olunan, keçirilən böyük beynəlxalq tədbirlərin mahiyyəti barədə yaşadığımız ölkənin cəmiyyətinə ətraflı məlumat vermək, yaxından tanış etməkdir. 100-dən artıq üzvü olan təşkilatımızda azərbaycanlılarla yanaşı, misirli və digər ölkələrin nümayəndələri də təmsil olunur. Bizim əsas məqsədlərimizdən biri də Azərbaycan həqiqətlərini misirlilərə və Misirdə yaşayan digər xalqların nümayəndələrinə çatdırmaqdır. Misirdə təhsil alan tələbələrlə tez-tez əlaqə saxlayıb, onlarla görüşlər keçiririk. Əminliklə deyə bilərəm ki, hazırda təşkilat öz işini müvəffəqiyyətlə həyata keçirir. Bu illər ərzində bir çox layihələr həyata keçirmişik, fəaliyyətimiz müxtəlif sahələri əhatə edib. Daha vacibi isə dövlətimizin, xalqımızın, soydaşlarımızın da diqqətdə saxladığı anlar, günlərdi. Misal olaraq, Azərbaycan tarixinin ən yadda qalan günlərini, unudulmayacaq anlarını toplantı və ya tədbir şəkilində təşkil edilməsidir.
-Hazırda Misir və Azərbaycan arasında yetərincə tələbə mübadiləsi aparılırmı?
-Uzun illər iki ölkə arasında qarşılıqlı tələbə mübadiləsi aparılıb ki, bunun sayəsində misirli tələbələr Azərbaycanın aparıcı universitetlərində müxtəlif sahələr üzrə təhsil alıblar. Onlardan hal-hazırda Misirdə mühüm mövqe tutanları Azərbaycan haqqında hər zaman yüksək fikirdə olduqlarını və həyatlarının ən gözəl dövrlərinin məhz Azərbaycanla bağlı olduğunu deyirlər.
Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun fəaliyyəti sayəsində, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1400-ə yaxın azərbaycanlı sözügedən fondun müxtəlif sahələr üzrə təşkil etdiyi kurslarda iştirak edib. 2007-ci ildə iki ölkə arasındakı tələbə mübadiləsi üçün nəzərdə tutulan müqavilə müddəti sona yetib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info