Rusiya Həmədan bazasından hansı halda istifadə olunacağını açıqlayıb
Tarix: 23.08.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“İranın Həmədan aviabazasından Suriyada terrorçulara məxsus obyektləri bombalayan Rusiya hərbi aviasiyası qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirib”. Bunu Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, əməliyyatda iştirak edən Rusiya Hərbi Kosmik Qüvvələrinin (HKQ) təyyarələri hazırda Rusiya ərazisindədir: “Bundan sonra Rusiya HKQ Həmədan aviabazasından terrorçuluqla mübarizədə qarşılıqlı razılıq əsasında və Suriyada hökm sürən vəziyyətdən asılı istifadə edəcək”. Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqan yerli telekanala müsahibəsində bildirib ki, Rusiya Tehranı xəbərdar etmədən öz bombardmançı təyyarələrini Həmədandakı aviabazada yerləşdirməsi barədə məlumat yayıb. "İran nəyə görə Rusiya təyyarələrinin öz aviabazasında yerləşdirilməsini birinci elan etməyib" sualına cavabında iranlı nazir bildirib ki, Rusiya nəhəng ölkə olduğunu və təhlükəsizlik sahəsində tendensiyalara güclü təsir etmək imkanına malik olduğunu göstərməkdə maraqlıdır: “Rusiya göstərmək istəyib ki, onun Hərbi Kosmik Qüvvələri Suriyadakı əməliyyatlarda effektli vasitədir, amerikalılarla danışıqlar aparmaqda ona kömək edə bilər”. Bundan başqa H. Dehqan İranın heç bir halda daimi əsasda Rusiyaya hərbi baza verməyəcəyini bildirib: "Onlar bura qalmağa gəlməmişdilər".




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info