“Payızın gəlməsi ilə iqtisadi aktivlik artır”
Tarix: 23.08.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif AMB tərəfindən
tənzimlənir”.

Palatadan “APA-Economics”in sorğusuna cavab olaraq belə bildirilib. MBNP-dən qeyd edilib ki, Palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edir: “Yəni banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”. Palatadan hazırda bazarda valyutaya olan tələbatın təklifdən bir neçə dəfə çox olduğunu təsdiqləyiblər: “Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir”. Dolların “qara bazar”da alış-satışına gəlincə, Palatadan bildirilib ki, bu, qeyri-qanuni fəaliyyətdir və bununla hüquq mühafizə orqanları mübarizə aparır: “Bizdə bu barədə məlumat olduqda biz hüquq mühafizə orqanları ilə paylaşırıq və onlar lazımi tədbirləri görürlər. Palata hüquq-mühafizə orqanı deyil. Biz yalnız lisenziya verdiyimiz qurumlara nəzarət edirik və bizim nəzarət etdiyimiz strukturlarda qanunun pozulması faktları qeydə alınmayıb və bu barədə siqnallar yoxdur. Biz buna ciddi nəzarət edirik və bunun üçün bizim öz nəzarət mexanizmlərimiz var”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info