Azərbaycanlı investorların İranda hotel inşa etməsi üçün güzəştli proqram hazırlanır
Tarix: 23.08.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


İran azərbaycanlı investorlara ölkənin müxtəlif şəhərlərində hotel tikmək üçün xüsusi güzəştlər təqdim edir.
Bunu APA-ya açıqlamasında İranın vitse-prezidenti, Mədəni irs, əl işləri və Turizm təşkilatının sədri Məsud Sultanifər deyib. M.Sultanifər deyib ki, hazırda azərbaycanlı investorlara İranın önəmli və turizm şəhərlərində hotel tikmək üçün xüsusi güzəştləri nəzərdə tutan proqram hazırlanır: “Gündəlikdə olan digər proqram Azərbaycan vətəndaşlarının İrana daha rahat və təhlükəsiz səfər etməsi üçün aktiv turizm agentliklərini təşkilatlandırmaqdır. İki ölkə arasında nəqliyyat infrastrukturu inkişaf etdirilir və bu sahədə effektli işlər görülür. Təbriz, Urmiya və Məşhəd azərbaycanlı turistlərin səfər etdiyi şəhərlərdir. Bu şəhərlərdə onların rifahı üçün tədbirlər görülür. Biz istərdik ki, azərbaycanlı investorlar Azərbaycan vətəndaşlarının daha çox səfər etdiyi şəhərlərdə hotellər tiksinlər.” M.Sultanifər əlavə edib ki, iki ölkə arasında tezliklə viza rejimi sadələşdiriləcək: “Belə ki, Azərbaycan İran vətəndaşlarına hava limanlarında 10 avroya viza verəcək. Ümid edirik tezliklə Azərbaycan İran vətəndaşları üçün viza rejimini ləğv edəcək. Rusiya ilə də viza rejiminin ləğvinə dair müzakirələrimiz davam edir, ümid edirəm ki, yaxın aylarda bunun şahidi olacağıq”. Qeyd edək ki, İranın Mədəni irs, əl işləri və Turizm təşkilatının statistikasına görə, hər il İrana 1 milyondan çox Azərbaycan vətəndaşı səfər edir. Qonşu ölkələr arasında İraq İrana səfər edən turist sayına görə liderlik edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info