Toğrul Əsgərov: “Nə baş verdiyini heç anlamadım”
Tarix: 23.08.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Olimpiya Oyunlarından medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal qazanım”.
Bu sözləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Togrul Əsgərov “İdman” qəzetinin redaktoru Qabil Mehdiyevlə söhbəti zamanı deyib. “London-2012”-nin qalibi olan güləşçimiz bildirib ki, yarımfinaldakı görüşü çox ağır keçsə də, qalib gəlib və finala köklənib. “Görüşün əvvəlində rəqibin bilmirəm başı, ya çiyni almacıq sümüyümə dəydi. Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi hiss etmirdim. Özümə gəlməyə macal da tapmadım. Həkimə müraciət edə bilərdim. Amma nə baş verdiyini heç anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özümə gələndə artıq gec idi”, - deyə o vurğulayıb. Yarımfinaldakı rəqibi dünya çempionunun güclü olduğunu bildirən Toğrul Əsgərov deyib: “Onunla rəqabətdə qalib gəlib psixoloji üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızılı əldən verdim və buna görə təəssüflənirəm. Hələ də özümə gələ, bunu özümə bağışlaya bilmirəm”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info