Dövlət Xidməti hüquqi və fiziki şəxslərə müraciət edib
Tarix: 23.08.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tütünün və tütün məmulatının, həmçinin şərabçılıq məhsullarının satışını həyata keçirən hüquqi və fiziki şəxslərə müraciət edib.
Dövlət Xidmətindən bildiriblər ki, tütünün və tütün məmulatının istehsalı və dövriyyəsi "Tütün və tütün məmulatı haqqında" qanuna, əsasən, həyata keçirilir. Həmin qanuna görə tütünün və tütün məmulatının satışı məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; tütün məmulatları aksiz markası ilə markalanmadıqda; tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda; məmulatın qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda; məmulatın markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda; 18 yaşına çatmamış şəxslərə satıldıqda; avtomatlar vasitəsilə satıldıqda; siqaret, papiros və siqarillalar ədədlə satıldıqda qadağandır. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ var. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatının satışını həyata keçirən pərakəndə ticarət obyektlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən məlumatlar yerləşdirilməlidir. Eyni zamanda, qanunvericiliyə əsasən şərabçılıq məhsullarının topdan və pərakəndə satışı zamanı hüquqi və fiziki şəxslər bir sıra tələblərə əməl etməyə, o cümlədən istehlakçıların məlumat alma hüquqlarını təmin etməyə borcludur. Belə ki, "Üzümçülük və şərabçılıq haqqında" qanuna görə şərabçılıq məhsullarının saxtalaşdırılması müəyyən olunduqda; aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda; istehsal markasına uyğun gəlmədikdə; məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə; alıcılar 18 yaşına çatmamış şəxslər olduqda; məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda pərakəndə satışı qadağandır. Küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir. Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar: (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).
Rasim




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info