“SOCAR-ın “Yay Məktəbi” enerji sektoruna marağı artırır”
Tarix: 23.08.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Builki “SOCAR Yay Məktəbi” layihəsində 30 gənc iştirak edir. Bu barədə avqustun 22-də keçirilən “SOCAR Yay Məktəbi-2016”-nın açılış mərasimində məlumat verilib. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yay Məktəbi-2016”-nın iştirakçısı olan gəncləri müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib və məktəbin işinə uğurlar arzulayıb.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışan X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi təhsil proqramları, o cümlədən “SOCAR Yay Məktəbi” proqramının məqsədi barədə məlumat verib. Bildirib ki, SOCAR 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Hazırda həyata keçirilən Yay Məktəbində də mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir.
Azərbaycanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu deyən X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin bu sahəyə marağını artırmaq məqsədilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləyib.
2012-ci ildən etibarən “Yay Məktəbi” layihəsinə tələbələrlə yanaşı, SOCAR-ın əməkdaşları da cəlb olunurlar. Builki “Yay Məktəbi” layihəsinə sənəd qəbulu mayın 26-dan iyulun 16-dək keçirilib. Layihəyə seçim bir neçə mərhələdən ibarətdir. Layihənin birinci mərhələsində ilkin şərtlərə cavab verən namizədlərin məntiqi təfəkkürünün yoxlanılması üzrə test imtahanı keçirilir. İkinci mərhələdə isə SOCAR-ın mütəxəssisləri tərəfindən müsahibələr aparılır.
Bildirilib ki, “SOCAR Yay Məktəbi-2016”-ya ümumilikdə 702 nəfər müraciət edib. Layihənin birinci mərhələsi 12-13 iyul tarixlərində keçirilib və bu mərhələdə 510 nəfər iştirak edib. Layihənin birinci mərhələsindən ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 89 nəfər namizəd ikinci mərhələyə - müsahibələrə keçmək hüququ qazanıb. 3-5 iyul tarixlərində SOCAR-ın mütəxəssisləri tərəfindən keçirilən müsahibələrdə özünü doğruldan, mütəxəssislərin suallarına daha düzgün cavab verən 30 namizəd layihənin iştirakçısı olmaq hüququ qazanıb. Bu mərhələyə seçilənlərin 18-i tələbə, 12-si isə SOCAR-ın işçisidir. Seçilən tələbələr Azərbaycanın və xarici ölkələrin 5 universitetini, SOCAR-ın işçiləri isə şirkətin 6 müəssisə və idarəsini təmsil edir. Avqustun 28-dək davam edəcək “SOCAR Yay Məktəbi-2016” layihəsi çərçivəsində iştirakçılar şirkətin “Azərikimya” İstehsalat Birliyinə və “Eko Park”a səfər edəcək, onlar arasında yarışlar və intellektual oyunlar keçiriləcək. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bu il Azərbaycanın payına
düşən mənfəət neftinin həcmi
60%-ə çatacaq


Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. X. Yusifzadə bildirib ki, ümumilikdə AÇG-dən 123 mlrd. kubmetr təbii qaz edilib: “Bu müddət ərzində aylıq 2,8 mln. ton neft 1,1 mlrd. kubmetr təbii qaz istehsal olunub”. O qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: “Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq". SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi- Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib. X. Yusifzadə bildirib ki, hazırda "Ümid" yatağında yeni bloka bir quyu qazılır. Bu quyu yatağın perspektivini mənimsəməyə imkan verəcək. Yataqda 6 quyuluq platformanın qurulması nəzərdə tutulur.

"Şahdəniz"dən 74 milyard
kubmetr təbii qaz hasil edilib


SOCAR-ın birinci vitse-prezidenti onu da bildirib ki. ümumilikdə bu günə qədər "Şahdəniz" yatağından 74 milyard kubmetr təbii qaz hasil edilib. O qeyd edib ki, hazırda bu yataqdan gündəlik olaraq 30 milyon kubmetr təbii qaz və 7 min ton kondensat hasil edilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info