Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək
Tarix: 23.08.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ramil Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Zirvə görüşünün keçiriləcəyini qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirib. Baş katib Türkiyədə dövlət çevrilişi cəhdinə qarşı Türk Şurasına üzv dövlətlərin nümayiş etdirdiyi qəti mövqe və türk xalqlarının həmrəyliyinin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Görüşdə BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə edilib. Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 71-ci sessiyası çərçivəsində Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısına qatılacağını bildirib. Ramil Həsənov Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar sentyabrın 27-də Gəncə şəhərində Türk Şurası tərəfindən Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər festivalının təşkil olunacağı, Azərbaycanın ev sahibliyi ilə yeni əməkdaşlıq sahəsi kimi informasiya və kommunikasiya texnologiyaları üzrə noyabrda nazirlər toplantısının keçiriləcəyi barədə məlumat verib. Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini qeyd edərək, təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğulayıb. Görüşdə Türk Şurasının BMT yanında müşahidəçi statusu alması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info