Mer: “Azərbaycan şirkətləri Gürcüstan paytaxtına sərmayə qoymaqda maraqlıdır”
Tarix: 23.08.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


“Azərbaycan şirkətləri Gürcüstan paytaxtına sərmayə qoymaqda maraqlıdır. Bu şirkətlər Tiflisdə hotellər, binalar tikir və şəhərimizi daha da gözəlləşdirirlər”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflis şəhər meri David Narmaniya bildirib. O deyib ki, Azərbaycan şirkətləri Gürcüstan paytaxtında infrastruktur layihələri həyata keçirirlər.
 
Tiflis meri son illər Gürcüstanda turizmin inkişaf etdiyini diqqətə çatdırıb: “Ölkəmizdə, xüsusən Tiflisdə turizm durmadan inkişaf edir. Tiflisə və Gürcüstanın gəzməli, görməli yerlərinə Azərbaycandan da çoxlu sayda turistlər gəlir. Bizə çox xoşdur ki, Tiflis şəhəri turistlər tərəfindən bəyənilir. Paytaxtda turizmin inkişafında Azərbaycan şirkətləri də rol oynayır. Bu şirkətlərin tikdikləri hotellərə müxtəlif ölkələrdən və ən başlıcası, Azərbaycandan çoxlu sayda turistlər gəlir. Biz də çalışırıq ki, Gürcüstan paytaxtı turistlərin xoşuna gəlsin”.

D. Narmaniya Azərbaycan paytaxtının da gözəl olduğunu və 3 il əvvəl Bakıda keçirilən beynəlxalq konfrans zamanı şəhəri gəzdiyini söyləyib: “Biz Tiflis və Bakı arasında əlaqələri və əməkdaşlığı daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda, eləcə də Bakıda turizm sahəsi də getdikcə inkişaf edir. Şəhərdə turizm üçün hər cür şərait var”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info