“40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur”
Tarix: 23.08.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsinin 12.1, 35.6, 35.8, 46.4, 46.8, 47.4 və 47.8-ci maddələrinə uyğun olaraq, ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşlarımızın ümumxalq səsverməsində (referendum) iştirakının və seçki hüququnun ifadə edilməsinin təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərimizdə seçki məntəqələri təşkil ediləcək. Diplomatik nümayəndəliklərimizin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsinin (referendum) təşkili ilə bağlı diplomatik nümayəndəliklərdə aparılan hazırlıq işləri barədə açıqlamasında bildirib.
Hikmət Hacıyev deyib: “Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən səsvermə günü xarici ölkələrdə olan vətəndaşlarımızın səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri müvafiq ərazilərdə konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılır. Xarici İşlər Nazirliyi tərəfindən seçki məntəqələri yaradılacaq diplomatik nümayəndəlik və konsulluqlarımızın siyahısı və seçki məntəqələri üzrə vətəndaşların sayı barədə məlumat Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
MSK ilə əlaqələndirilmiş şəkildə diplomatik nümayəndəlik və konsulluqlarda yaradılacaq seçki məntəqələrinin təhkim olunduqları seçki dairələrinin müəyyən edilməsi üzrə yekun işlər aparılır. Eyni zamanda, diplomatik nümayəndəliklərin şəffaf qutular, seçki qutularının bağlanması üçün birdəfəlik kilidlər, seçki bülletenləri, barmaqların işarələnməsi üçün mürəkkəb, ultrabənövşəyi lampa, möhür, təlimat, qayda və izahlara dair çap materialları və digər ləvazimatlarla təmin edilməsi üzrə MSK ilə birlikdə XİN tərəfindən zəruri tədbirlər görülür”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info