“Ağ Şəhər”in Port rayonunun baş planı hazırlanıb
Tarix: 14.03.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Rayonun yeni bulvara ən yaxın olan binalarının
mərtəbələrinin sayı 3-dən 24-ə qədər olacaq

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatıb. Ümumi sahəsi 74 hektar olan Port rayonu Yusif Səfərov, Xaqani Rüstəmov küçələri və Nobel prospektinin əhatə etdiyi ərazidə və Bakı buxtasına bitişik sahələrdə yerləşəcək. “Bakı Ağ Şəhər” ərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşəcək.

Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarət olacaq. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır. Onlardan sonra yerləşən və 32-dən 45-dək mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaq. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcək.
Layihədə infrastruktur obyektləri, məktəblər, parklar, meydançalar ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, otel və yaşayış komplekslərinə rahat girişini təmin edəcək.
Hazırda “Bakı Ağ Şəhər” layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar -“Bakı Ağ Şəhər”-in mərkəzi rayonu olan Fəvvarələr meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və sahilyanı bulvara gözəl mənzərəsi açılan 7 - 19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info