Əlilliyi olan 30 şəxs istirahətə göndərilib
Tarix: 23.08.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərdən daha 30 nəfərini istirahət və sağlamlıq mərkəzinə göndərib. 
Nazirlikdən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. 
V.Behbudov bildirib ki, hazırda ƏƏSMN tərəfindən əmək pensiyası ilə təmin edilənlərin 29%-i, aylıq sosial müavinət ödənilənlərin 40,2%-i əlilliyi olan şəxslərdir. Əlillərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi də diqqətdə saxlanılır və bu istiqamətdə işlərin davamı olaraq cari ilin 7 ayında nazirliyin xətti ilə 454 nəfər əlil şəxsin məşğulluğu, 287 nəfər əlil şəxsin isə peşə hazırlığına cəlb olunması təmin edilib. Həmin dövrdə bu təbəqədən olan 4650 nəfər şəxsə bərpa-müalicə, 8400 nəfər şəxsə protez-ortopedik xidmətlər göstərilib.
 
 “Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili nəzərdə tutulub ki, cari ilin ötən dövründə onlardan artıq 800 nəfərə yaxın şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib”,- deyə şöbə müdiri bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info