Qusarda tikilən yeni məktəb binası tezliklə şagirdlərin istifadəsinə veriləcək
Tarix: 23.08.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Qusar rayonunun Hil kəndində tikintisi yekunlaşan yeni məktəb binası sentyabr ayında istifadəyə veriləcək.
Rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən kənddə təhsil ocağının inşasına ötən ilin əvvəlindən başlanılmışdı. Hazırda məktəbin tikintisi yekunlaşıb və binada son tamamlama işləri aparılır. 720 şagird yerlik, üçmərtəbəli binada 32 sinif, 9 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt və oxu zalları, kitabxana və 180 yerlik yeməkxana var.
Qeyd edək ki, 1500 nəfərdən çox sakini olan Hil Qusarın ən böyük kəndlərindən sayılır. Bu, Hil kəndində inşa olunan üçüncü yeni məktəb binasıdır. Ümumilikdə son 5 ildə Qusarda 40 yeni məktəb binası tikilib. 2014/2015-ci tədris ilində Qusar rayonunun Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd, Çubuqlu Hil və Bədirqala kəndlərində tikilən yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info