Yeni nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini artırır
Tarix: 23.08.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının gücləndirilməsi uğrunda çox mühüm işlər görülüb. Danılmaz faktdır ki, ölkə iqtisadiyyatının əsasını neft və qaz istehsalı sahəsindən gələn gəlirlər tutur. Lakin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin əsas prioritet məsələlərindən biri iqtisadiyyatın neft-qaz sektorundan asılılığını azaltmaq və qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Bu sahədə Azərbaycan bütün mümkün vasitələri dəyərləndirir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi məkan imkan verir ki, Azərbaycan iri miqyaslı tranzit ölkəyə çevrilsin.
Azərbaycan tarixən Şərqlə-Qərb arasında körpü rolunu oynayan ölkə olub. Orta əsrlər dövrünün sonlarından artıq öz əhəmiyyətini itirən “Böyük İpək yolu” XX əsrin 90-cı illərindən etibarən yenidən bərpa olundu. Bu yolun bərpasında dahi siyasətçi Heydər Əliyevin xidmətləri danılmazdır. 1998-ci ildə Bakıda “Böyük İpək Yolu”nun bərpası ilə bağlı beynəlxalq konfransın keçirilməsi böyük əhəmiyyətə malik tarixi bir hadisə idi. Azərbaycan qədimdə olduğu kimi, indi də İpək Yolu üzərində mərkəzi qovşaq yolu olaraq qalır. Qədim İpək Yolunun bərpa edilməsinə beynəlxalq təşkilatlar tərəfindən böyük həcmdə maliyyə vəsaitləri ayrılıb. İpək Yolunun bərpasına ayrılmış investisiyalar, ticarət qaydalarının sadələşdirilməsi, gömrük əməkdaşlıqlarının yaxşılaşdırılması, nəqliyyat vasitələrinin sərhədləri daha da asan keçməsi beynəlxalq yük dövriyyəsinin artmasına kömət etdi və müsbət nəticələr verdi. Avropa və Asiyanın 34-dən çox dövlətinin ərazisindən keçərək onları özündə birləşdirən “Böyük İpək Yolu”nun əhəmiyyəti ölçüyəgəlməzdir. Qərb ilə Şərq arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın rolu artdıqca ölkəmizin regionda gücü və mövqeyi də artır.
Son illərdə bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi imkan verir ki, gələcəkdə də tranzit ölkə kimi imkanlarını genişləndirsin. Bakı-Tbilisi-Qars dəmiryolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Yeni nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini artırır.
Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə birlikdə reallaşan layihədir. Bu layihənin tarixi əhəmiyyəti olduqca böyükdür. İlk dəfə Azərbaycan dəmiryolu vasitəsilə Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir “dəmiryolu körpüsü” olacaq. Bu layihə nəticəsində milyon tonlarla yük bizim ərazimizdən keçəcək. Yüklərin daşınması üçün yeni dəniz limanları da tikilib. Baki-Tbilisi-Qars dəmiryolu Azərbaycan üçün həm siyasi, iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirəcək, tranzit gəlirlərini daha da artıracaq bir layihədir.
Əhəmiyyətinə görə heç də Bakı-Tbilisi-Qars dəmiryolundan geri qalmayan növbəti irimiqyaslı layihələrdən biri də Şərq-Qərb nəqliyyat dəhlizidir ki, bu dəhliz Çin bazarlarından yükləri Avropaya daşımağa imkan verir və regionda nəqliyyat tranzit infrastrukturunun inkişafı ilə bərabər, bu dəhliz yenidən Şərqlə Qərb arasında ticarət əlaqələrinin mərkəzi olacaq.
Böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizi yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycanın şimal və cənub qonşuları ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinə, tranzit potensialının daha da genişləndirilməsinə müsbət təsir göstərəcək. Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizdən keçərək tranzit xətləri birləşdirməklə bərabər, Hindistandan tutmuş Avropayadək yük daşımalarının daha tez və daha sərfəli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq.
Azərbaycanın belə iri miqyaslı layihələrdə iştirakı ölkənin siyasi və iqtisadi gücünü son dərəcə artırır, regionda və geosiyasi aləmdə mühüm söz sahibinə çevirir. Təbii ki, Azərbaycanın belə beynəlxalq layihələrdə iştirakı ölkədə hökm sürən sabitlik və təhlükəsizlikdən irəli gəlir. Azərbaycan istənilən layihədə çox etibarlı bir tərəfdaşdır.
Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizlərində tərəfdaş kimi çıxış etməklə, özünün geosiyasi məkanda mövqeyini möhkəmləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını gücləndirmək üçün də mühüm addım atmış olur. Bu dəhlizlərdən istifadə nəticəsində Azərbaycana külli miqdarda vəsait gəlmiş olacaq ki, bu da neft-qaz sənayesindən asılılığı azaltmaq istiqamətində atılmış ən uğurlu addımlardan biridir.

Aysel İbrahimova




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info