Almaniyanın Tangerhütte şəhərində Xocalı abidəsinin ucaldılması təklif olunub
Tarix: 23.08.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında iştirak edib. 
Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Yaşar Niftəliyev toplantı iştirakçılarına Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalısoyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər. 
İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib. 
Qeyd edək ki, 6 ildir, fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti  əyalətdəki Xarici Vətəndaşlar İttifaqına üzv seçilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyev xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı faciəsinə həsr olunmuş kik-boks yarışı və digər əhəmiyyətli tədbirlər var. 




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info