“BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin icrası birmənalıdır“
Tarix: 23.08.2016 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının deputatı, professor. Dr. Egon Jüttner Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusuna cavab olaraq açıqlama verib.
 
TEAS-dan verilən məlumata görə, açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün uzun müddət aparılan danışıqlar prosesində Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəçilik missiyasını həyata keçirir. "Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası birmənalıdır və bu sənədlərdə münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir. Almaniya bu qətnamələri dəstəkləyir. Almaniya üçün dövlətin ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz və mütləq xarakter daşıyır. Xüsusilə, Qafqazda ərazi bütövlüyü məsələsində bir çox halda heç bir zəmanət yoxdur. Abxaziya, Cənubi Osetiya, Krım və Dağlıq Qarabağ kimi münaqişələr misal göstərilə bilər. Əfsuslar olsun ki, Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiya məsələləri ilə bağlı mübahisəli məsələlərin nizamlanması sülh yolu ilə həllini tapa bilməyib", - deyə açıqlamada bildirilir.
 
Dr. Egon Jüttner qeyd edib ki, bütün bunlar mülki əhali üçün faciəvi fəsadların yaranmasına səbəb olur: "Azərbaycanın ümumi əhalisi doqquz milyon olmaqla bir milyona yaxın məcburi köçkün və qaçqının olması faktı, xüsusilə hazırkı miqrant böhranını nəzərə alaraq, bu problem Almaniya üçün çox əhəmiyyətli məsələdir. Dünyanın bütün qaynar ocaqlarında sülhün bərqərar olunması naminə Almaniya Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, NATO və ATƏT kimi beynəlxalq tərəfdaşları ilə yaxından əməkdaşlıq edir. Biz ənənəvi olaraq həm Azərbaycan, həm də Ermənistanla sıx münasibət saxladığımız üçün münaqişənin dinc yolla bağlı öhdəliyin genişləndirilməsinə tərəfdaram. Buna rəğmən, son illər baş verənləri nəzərə alaraq, münaqişənin tez bir zamanda həll olunacağına şübhə edirəm. Gələcəkdə beynəlxalq ictimaiyyət istənilən eskalasiyanın qarşısını almağa qadir olmalıdır. Ona görə ki, bu, bütün regionda sabitliyə təhlükə yaradır və təsirə məruz qalan ölkələrdə iqtisadi və sosial inkişafı əngəlləyəcək. Almaniya bu münaqişəni alovlanmasına səbəb olacaq  istənilən  təxribatı qətiyyətlə pisləyir. Bu cür münaqişələrdə hər zaman olduğu kimi, əsas qurban mülki əhalidir. Buna görə də, mən, Ermənistanın aprel ayında həyata keçirdiyi hərbi həmləni pisləyirəm. Siyasi cəhətdən rasional hərəkət edən və düşünən hər kəsə aydın olmalıdır ki, bu münaqişə savaşla həll oluna bilməz. Bu məsələnin həllinə sadəcə danışıqlar masası arxasında nail olunacaqdır. Almaniya və onun tərəfdaşları münaqişə iştirakçılarını yenidən danışıqlar masasına qayıtması üçün əlindən gələni etməlidirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info