Uşaq əməyinin istismarı ilə bağlı regional təlimlər
Tarix: 23.08.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulub.
Komitədən bildirilib ki, bu istiqamətdə Lənkəran, Tovuz, Yevlax və İmişli rayonlarında regional təlimlər keçirilib. Təlimlərdə əmək müfəttişləri, polis inspektorları, şəhər/rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar, təhsil işçiləri iştirak ediblər.
Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumat verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, uşaq əməyinin vəziyyətinə dair aparılmış tədqiqatın nəticələri iştirakçıların diqqətinə çatdırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Təlim iştirakçıları bu cür maarifləndirmə tədbirlərinin bölgələrdə aparılmasının xüsusi əhəmiyyətini vurğulayıblar.
Komitə tərəfindən hazırlanmış, uşaq əməyi ilə bağlı məlumatlılığın artırılması, uşaq əməyi anlayışının izahı, qanunvericilikdə uşaq əməyi ilə bağlı müddəaları özündə birləşdirən “Sənin əmək hüquqların” adlı buklet təlim iştirakçılarına paylanılıb, həmçinin uşaq əməyinə dair sorğu aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info