Müharibə şəraitində yaşayan ölkə hərbi cərrahiyyəsini inkişaf etdirməlidir
Tarix: 14.03.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı, Ambroise Pare adına Beynəlxalq Cərrahiyyə Forumu və Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Bakı hərbi cərrahi simpoziumu-hərbi cərrahiyyədə təhsil” mövzusunda beynəlxalq simpozium keçirilir.

Martın 16-dək davam edəcək simpoziumda Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən hərbi cərrahiyyə sahəsində nüfuzlu tibb müəssisələrinin mütəxəssisləri iştirak edirlər. Simpoziumun açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, DSX-nin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildiriblər ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımız işğala məruz qalıb. Azərbaycanın hərbi cərrahiyyəsi inkişaf edir. Müasir dövrümüzdə baş verən silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində sağlamlığını itirmiş hərbi və mülki şəxslərin müalicəsində hərbi cərrahların fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun prezidenti Zvonimir Lovric deyib ki, yüksək sürətlə inkişaf edən Azərbaycan hərbi təbabət təcrübəsi ilə də dünyada öz yerini tutmaqdadır. Simpoziumda illər ərzində toplanmış təcrübə mübadiləsi, əldə edilmiş nəticələrin təhlili, hərbi cərrahiyyə sahəsində xidmətin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, Azərbaycan Diplomatik Akademiyasının Tibb Mərkəzinin açılışı olub.
Açılış mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev, səhiyyə naziri Oqtay Şirəliyev və DSX rəisi Elçin Quliyev iştirak ediblər.
Tibb Mərkəzi həkim, müayinə və manipulyasiya otaqlarından ibarətdir. Mərkəz ADA-nın müəllim və tələbə heyətinin ilkin tibbi yardım ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub.
ADA Tibb Mərkəzi DSX-nın Hərbi Hospitalı tərəfindən idarə olunur. Mərkəzin tibbi personalı, avadanlıq və ləvazimatlar DSX-nın Hərbi Hospitalı tərəfindən təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info