Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobidəki Baş direktoruna təqdim edib
Tarix: 23.08.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev BMT-nin Nayrobi şəhərindəki bölməsinin Baş direktoru xanım Sahle-Vork Zevdeyə etimadnaməsini təqdim edib. XİN-dən verilən məlumata görə, görüşdə səfir E.Abdullayev Azərbnaycanın BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini qeyd edib.Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanıdığını vurğulayaraq, qurumun Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edib və BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əmin olduğunu həmsöhbətin diqqətinə çatdırıb.Söhbət zamanı Azərbaycan səfirliyinin ilk dəfə olaraq, BMT-nin Nayrobi şəhərindəki bölməsində akkreditasiya olunmasından sonra ölkəmizin mənzil-qərargahları Nayrobi şəhərində yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT)  Proqramları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl səylərin həyata keçiriləcəyi qeyd edilib.Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu qeyd edərək, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır”
22.11.2018
Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info