“Dəcəl Balam” daha bir xərçəng xəstəsinə dəstək olub
Tarix: 23.08.2016 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi “Bütün uşaqlar BİR arada- Dəcəl Balamda” layihəsi çərçivəsində neçə - neçə uşaqları, ailələri sevindirir. İllərdir bu ənənəni davam etdirərək insanlara dəstək olur, sevinc bəxş edir.
Tam bir il əvvəl müalicə xərclərini ödəmək üçün yardım aksiyasina başladıqda Dəcəl Balam Mərkəzinin rəhbəri Dilşad Musa söz vermişdi ki, Zəhra sağ – salamat geri dönsün, onun üçün gözəl bir party təşkil edəcək. Zəhra bala xeyirsevər insanların dəstəyi ilə müalicə olunaraq Azərbaycana geri döndü və Dəcəl Balam Ailəsi öz sözünə sadiq qaldı , insanları bir araya topladı, illərdir xərçəng xəstəliyindən əziyyət çəkən, doğum günlərini xəstəxana otaqlarında qeyd edən Zəhra balaya Holiday İNN Hotel- də “Sürpriz Doğum Günü” Party- si təşkil etdi.
Tədbirin keçirilməsində əsas məqsəd Zəhra balaya unudulmaz bir gün yaşatmaq , yeni dostlar qazandırmaq, ətrafında sevənlərinin olmasını hiss etdirmək idi. Bütün uşaqlar sevilməyə layiqdir.
Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Ülviyyə Həsən qızı Zəhra balanı təbrik edərək sözü Mərkəzin rəhbəri Dilşad xanıma verdilər. Dilşad xanım öz növbəsində Dəcəl Balamın Qəhrəman Zəhrasını təbrik etdi, dəstək olan hər kəsə, Zəhra balanın anası Sevinc xanıma dözümlü və səbrli olduğuna görə təşəkkürünü bildirdi. Heç bir uşağın xəstəliyə tutulmamasını arzuladı.
Tədbirə təşrif buyuran müğənnilər Emil Bədəlov, Nihad Məlik, “İnci” qrupu, Əkbər Əliyev, Ayaz Babayev, “Gilavar” qrupu, Fərid Laçın, Murad Laçın, Ceyhun Bakinski, “Meqas” qrupu, Muratti, Zeynalova Naidə, xalq artisti Məleykə Əsədova, sevimli stilist Samiraldo, rəssam Mina xanım, sehirbaz Anar, şar şou öz maraqlı çıxışları ilə Zəhra balanı təbrik etdi, təşkilatçılara təşəkkürünü bildirdilər.
Tədbirdə “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli öz dostları ilə iştirak edərək Zəhra balaya dəstək oldular.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info