İki ən yaxşı tələbə jurnalist təhsillərini İngiltərədə davam etdirəcək
Tarix: 23.08.2016 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Azercell Telekom” MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə 2016-cı il üzrə jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları artıq yekunlaşıb. 
“Azercell Telekom” MMC-dən verilən məlumata görə, hazırda Təhsil Mərkəzi tərəfindən kurslarda iştirak edən jurnalistlərin bilik səviyyələri müəyyənləşdirilir. Bununla bərabər Londona səfər edəcək 2 ən güclü tələbənin seçimlərinə də başlanılıb. Hər il olduğu kimi bu il də imtahanlarda yüksək nəticələr göstərən 2 jurnalist tələbə müəyyən olunacaq və onlar Böyük Britaniyada ingilis dilinin təkmilləşdirilməsi kursuna göndəriləcəklər. 
Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. 60 jurnalistin qatıldığı kursların uğurlu tədrisi sayəsində onlar ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir. 
Qeyd edək ki,  “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki, təşkil edir. Bu günə kimi 200-dən çox KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur. “Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək. 
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz        
Qeyd edək ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info