Zərərçəkən: “Mənzilim tam şəkildə təmir edilib”
Tarix: 23.08.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Bu gün Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin
ifadəsi alınıb.

Zərərçəkənlər - Soltanov Maqsud, Yusifova Məsumə, Vəliyev Rövşən, Babayev Aqil, Hümmətov Ziyad, Süleymanova Tərgül, Qəmbərova Fəqumə , Qasımova Əminə, Hüseynova Zülfiyyə, Məmmədova Pəri, Məmmədova Günəş, Ömərova Həbibə, Musayev Vidadi, Oqtay Vəliyev ifadə veriblər. Çıxış edən G.Məmmədova yanğın zamanı mənzilinə 9440 (doqquz min dörd yüz qırx) manat ziyan dəydiyini bildirib. Mənzilinin tam şəkildə təmir edildiyini deyən zərərçəkən ona təyin edilən kompensasiyanın aldığını qeyd edib. G. Məmmədova heç bir şikayəti və tələbi olmadığını söyləyib. F.Qəmbərova isə bildirdi ki, yanğın onun mənzili yerləşdiyi tərəfdən başladığı üçün ev əşyaları tamamilə yanmışdı. 5000 (beş min) manat həcmində zərərçəkən F. Qəmbərova söyləyib ki, binanın təmiri zamanı ailəsinin 2 ay müddətində kirayə qalması üçün hər bir şərait yaradılıb. O, mənzilinin təmir və yanan əşyalarının yenisi ilə əvəzləndiyini qeyd edib. Ə.Qasımova daha çox mənəvi ziyan çəkdiyini dilə gətirib. Mənzilinin ciddi yanmadığını, 500 manat ziyan çəkdiyini deyən Ə.Qasımova heç bir tələbi olmadığını vurğulayıb. Zərərçəkən P. Məmmədova məhkəmə prosesində ifadə verərkən bildirdi ki, mənzili yanğından deyil, yanğın söndürülən zaman zərər çəkib. Belə ki, yanğının qarşısının alınması üçün istifadə edilən yüksək təzyiqli su onun evinə ziyan vurub. Məhkəmə prosesi zamanı zərərçəkən K. Vəliyevanın qayınatası O. Vəliyev vəsatət qaldıraraq təkrar ekspertiza keçirilməsini istəyib. O, mülki iddia ilə çıxış edib. Məhkəmə ekspertiza ilə bağlı vəsatəti təmin etməyib. Hakim mülki iddia ilə bağlı məsələyə məhkəmənin sonunda baxılacağını bildirib. Halbuki ilkin istintaqda K.Vəliyeva göstərmişdir ki, 10 aprel 2015-ci il tarixdə saat 19 radələrində azyaşlı uşaqları ilə birlikdə yaşadığı Zığ yolu şossesindəki 16 saylı binanın 39 nömrəli mənzilində olarkən küçədən səs-küy eşidib pəncərəni açıb həyətə baxmaq istəyərkən içəri qara tüstü dolmuş və o, dərhal uşaqlarını götürüb bayıra çıxmışdır. Binanın fasadının yanması nəticəsində ona ümumilikdə 40.000 (qırx min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Vəli Vəliyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info