Beynəlxalq tranzit dəhlizində mühüm rol oynayacaq layihə yekunlaşıb
Tarix: 24.08.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Çin-Mərkəzi Asiya-Avropanı birləşdirəcək dəhlizin mühüm qolu olan dəmir yolu xəttinin inşası başa çatdırılıb

Daşkənd dağ tunel tikintisini başa çatdırmaqla Fərqanə vadisinə çıxış əldə edib. Beləliklə, Özbəkistan neçə müddətdən bəri tikintisini apardığı və ölkənin mərkəzini Fərqanə vadisi ilə birləşdirəcək Angren-Pap elektrikləşdirilmiş dəmir yolu xəttinin inşasını başa çatdırıb.
Xatırladaq ki, əvvəllər bu məsafəni qət etmək üçün Özbəkistan Tacikistan ərazisindən keçmək məcburiyyətində qalırdı ki, bu da bir çox hallarda problemlərlə müşayiət olunurdu. Bütün bunlarla yanaşı, yeni yol Çin-Mərkəzi Asiya-Avropanı birləşdirəcək beynəlxalq tranzit dəhlizinin mühüm qolu kimi də böyük əhəmiyyət kəsb edəcək. Qeyd edək ki, ümumi uzunluğu 123 kilometr olan Anqren-Pap dəmir yolu xəttinin 19 kilometrlik tuneli çətin keçilən Kamçik aşırımından keçir. Lakin bütün bu çətinliklərə baxmayaraq, artıq dəmir yolu xəttinin avqustun 27-də istifadəyə veriləcəyi gözlənilir. “Bu, son 25 ilin ən çətin infrastruktur layihələrdən biridir”- deyə qazaxıstanlı ekspert Marat Şibutov “Nezavisimaya qazeta”ya bildirib. Onun sözlərinə görə, Anqren-Pap dəmir yolu xətti Rusiyanın Zaqafqaziya magistralından və Rokskiy tunellərindən də daha çətin layihədir. Lakin buna baxmayaraq, Özbəkistan Çin podratçılarının köməyi ilə iki il müddətinə bu layihənin öhdəsindən gələ bilib.

“Nezavisimaya qazeta”:
“Özbəkistan dağın altından keçən tunel vasitəsilə Fərqanə vadisinə çıxış əldə edib”


Ekspertə görə, tikintinin başa çatması ölkədəki siyasi vəziyyətə də böyük təsir edəcək. Şibutovun fikrincə, bu layihə Özbəkistandakı siyasi rejimin sabitliyi üçün böyük zəmin yaradacaq və dövlətlərarası etnik zəmində qarşıdurmaların qarşısını alacaq. Ümumiyyətlə, Mərkəzi Asiyada əsas problemlərdən biri - dəmir yolu şəbəkəsinin zəif inkişaf etməsi ilə bağlıdır. Hələ Sovetlər dövründən qalan dəmir yolu xətləri də artıq öz effektini itirməklə, Orta Asiya ölkələrinin dünyaya çıxışına məhdudiyyətlər yaradır. Doğrudur, bir müddət bundan əvvəl Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti fəaliyyətə başlasa da, bu ölkələrin hər birinin “dünyaya pəncərə” əldə etmək üçün öz versiyaları var. Qeyd edilməlidir ki, Tacikistan və Qırğızıstanın Rusiya dəmir yolu şəbəkəsi vasitəsilə xarici dünya ilə əlaqəsi mövcud olsa da, bu çıxış Özbəkistan və Qazaxıstan ərazisindən keçdiyinə görə, dövlərlər arasında münasibətlərdə yaranan problemlər bu çıxış imkanına da təsir edirdi. Doğrudur, bir müddət əvvəl Qırğızıstanın Çinlə birgə dəmir yolu xəttinin tikintisi müzakirə edilirdi. Lakin bəzi ekspertlərin fikrincə, bu, Rusiyanın regionda maraqlarına ciddi təsir edə bilərdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info