“Turizm paytaxtları” turist sayı və gəlirin azalmasından şikayətçidirlər
Tarix: 24.08.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Dünya Turizm Təşkilatı 2016-cı ildə beynəlxalq turizmin, ümumiyyətlə, 3,5-4,5 faiz artacağını proqnozlaşdırsa da, son məlumatlar bu sahədə bəzi problemlərin olduğunu ortaya çıxarıb. Belə ki, son statistik rəqəmlər onu göstərir ki, turizm sektorunun ən çox inkişaf etdiyi ölkələrdə turistlərin sayında və gəlirlərdə azalma müşahidə edilir.

Fransada turistlərin
sayı azalmaqdadır

Fransa Milli Statistika İnstitutunun (INSEE) yaydığı məlumata görə, 2016-cı ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə ölkədə turistlərin sayında 4,8 faiz azalma müşahidə edilib. INSEE-nin rəqəmlərinə görə, hotellərə gələn xarici turistlərin sayı 8,5 faiz azaldığı halda, yerli turistlərin sayı 2,9 faiz qədər geriləyib. Xüsusilə düşərgə üçün gələn turist sayında böyük eniş yaşandığı göstərilir. Turist sayında ilin ilk rübündə 1,1 faiz artım qeydə alınmışdı. Paytaxt Parisdə də turist sıxlığı ilin ikinci rübündə azalıb. Şəhərdə yerləşən xarici turist sayında keçən ilin eyni dövrünə görə, 12,9 faiz azalma müşahidə edilib. Fransada ən son 27-31 iyul tarixləri arasında Air Francedəki tətil səbəbiylə Parisdə olan iki hava limanının 145 min sərnişin itkisinə uğradığı ortaya çıxmışdı. Terror aktları, daşqınlar və tətillər səbəbindən Fransanın paytaxt İl-de-Frans regionunun turizm sektoruna dəyən zərər ilin birinci yarısında təxminən 750 milyon avroya çatıb. Regional Turizm Komitəsinin prezidenti Frederik Valletunun sözlərinə görə, İl-de-Frans regionunun turizm sahəsində 500 min nəfər işləyir. Sektorda iş yerlərinin qorunması üçün irimiqyaslı investisiyalara ehtiyac var. Valletu Fransanın xarici işlər naziri Jan-Marku Eyrodan regionun turizm sahəsinin rəsmi nümayəndələri ilə görüş keçirməsini xahiş edib.

Uzaq Şərq ölkələrindən
gələnlərin sayında
böyük eniş


Terror hücumları sonrası turizm sahəsində çətin günlər keçirən Fransa, beynəlxalq turizmin mərkəzi olmağı davam etdirmək üçün böyük səy göstərir. Buna baxmayaraq, xüsusilə Uzaq Şərq ölkələrindən gələn sərnişin sayındakı böyük eniş rəqəmlərdə öz əksini tapıb. Parisdəki hava limanlarından məsul olan “Paris Aeroports”un yaydığı məlumatlara görə, terror hücumları sonrası Afrikadan Parisə gələn sərnişinlərin sayı 7 faiz artdığı halda, bu nisbət Yaxın Şərq ölkələri üçün 4,6, Latın Amerikası üçün isə 2,5 olaraq hesablanmışdı. Uzaq Şərq ölkələrindən gələn sərnişin sayında 9,4 faiz, Şimali Amerikadan gələn sərnişin sayında isə 0,5 faiz geriləmə qeydə alındı.
Fransa rəhbərliyinin son illərdə böyük kampaniyalar təşkil edərək qapılarını açdığı yapon və çinli turistlərin hücumlar sonrası artıq Fransanı seçmədikləri bildirilir. Mütəxəssislərin fikrincə, Fransada hədəf turizmdir, bəs, görəsən, bundan sonra nə olacaq?

Yunanıstanın turizm
gəlirləri 5,8 faiz azalıb

Bu il turizm sahəsində uğur gözləyən Yunanıstan da turizm gəlirlərində problem yaşayır. “Turizmdatabank”ın Yunanıstan mərkəz bankı (Bank of Greece) 2016-cı ilin 6 aylıq ödənişlərlə bağlı məlumatlarına görə ölkənin turizm gəliri 5,8 faiz azalıb. Cari ilin yanvar-iyun aylarının məlumatlarına görə, Yunanıstana gələn xaricilərin sayı 1,6 faiz düşüb. 2015-ci ilin 6 ayında 4,1 milyard avro turizm gəliri olan Yunanıstan turizmi, 2016-cı ilin eyni dövründə 3,9 milyard avroya kimi geriləyib. Digər tərəfdən yunan turizmində gəlirlərdə, təkcə iyun ayında da 5,4 faiz enmə müşahidə edilib. 2015-ci ilin iyun ayında 1,95 milyard avro olan turizm gəliri, 2016-cı ilin eyni ayında 1,85 milyard avroya endi.

Antalyanın turist
itkisi 4 milyon nəfərdir

2016-cı ilin 8 aylıq dövrü başa çatır və Antalyada turist itkisi getdikcə böyüyür. Şəhərə gələn ziyarətçi sayındakı itki 48 faizə çatıb. “Turizmdatabank”ın yaydığı məlumata görə, cari ilin 8 aylıq dövründə Antalya turizminin itkisi artmaqdadır.
Yeni ildən avqust ayının son həftəsinə qədər Antalyanın itkisi 3,5 milyon turisti keçdi. Antalya turizmində ən yüksək mövsüm olan avqust ayının qalan həftəsini da nəzərə aldıqda, turist itkisinin 4 milyona yaxınlaşması gözlənilir. 2015-ci ilin 8 aylıq dövründə sona həftəyə yaxınlaşarkən 7,4 milyona yaxın ziyarətçi qəbul edən Antalya, 2016-cı ilin eyni dövründə 47 faiz enişlə 3,9 milyon ziyarətçi cəlb edib. Digər tərəfdən yalnız avqust ayını götürdükdə Antalyada turistlərin sayı 1,3 milyon nəfərdən 710 min ziyarətçiyə qədər düşüb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info