Olimpiya çempionu Radik İsayev
Tarix: 24.08.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük arzusudur. Azərbaycan taekvondoçusu Radik İsayev bu zirvəyə 27 yaşında çatıb. Bu parlaq qələbəsi ilə Braziliyada Azərbaycan bayrağını yüksəyə qaldıraraq, himnimizi səsləndirərək milyonlarla idman həvəskarına və xalqımıza hədsiz sevinc bəxş edib. Radik İsayev, yəqin ki, həyatının ən unudulmaz günlərini yaşayır. Bəlkə də “Rio-2016”-dək o qədər də tanınmayan idmançı bir gecədə məşhurlaşdı. Adını Azərbaycanın idman tarixinə yazdı. Prezident İlham Əliyev ona zəng edərək qələbə münasibətilə təbrik etdi. İdmançı üçün bundan böyük şərəf və xoşbəxtlik ola bilərmi?
Olimpiya çempionunun həyatından da bəzi ştrixləri xatırlamaq yerinə düşər. Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində doğulan 27 yaşlı Radik Veleddin oğlu İsayev ailədə yeganə idmançı olub. Orta məktəbi Mahaçqalada bitirib, Moskva Dövlət Avtomobil və Yol Texniki Universitetinin məzunudur. Uşaq və yeniyetmə vaxtlarında idmana, xüsusilə, taekvondoya maraq göstərən Radik İsayev Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında daxil edilib. Gərgin məşq edən Radik İsayev qısa müddətdə milli komandamızın liderlərindən birinə çevrilib. Valideynlər öz uşaqlarını pis vərdişlərdən uzaqlaşdırmaq üçün onlara adətən idmanla məşğul olmağı məsləhət görürlər. Balaca Radik bu məsələdə ata-anasını qabaqlayır. Daha çox futbol, müxtəlif döyüş növləri ilə məşğul olur, sonradan taekvondonu seçir. Dağıstanda güləş, cüdo daha populyardır. Ona görə də Radik İsayevin taekvondoya üstünlük verməsi orada təəccüblə qarşılanır. Buna baxmayaraq Radikin uğurları özünü çox gözlətmir. Dağıstan çempionatında üçüncü yeri tutaraq karyerasında ilk qələbə sevincini yaşayır. Sonralar Rusiya çempionatında iki dəfə fəxri kürsüyə qalxan Radik İsayev 87 kiloqram çəki dərəcəsində 2010-cu ildə qızıl, bir il sonra isə gümüş medal qazanır. 2012-ci il London Olimpiadasına yollanacaq idmançıların geniş siyahısında adı olsa da, məşqçilər heyəti onu Böyük Britaniyaya aparmırlar. Layiq olduğu qiyməti almaması ona çox təsir edir. Bu hadisədən sonra Bakıdan aldığı dəvəti qəbul edərək Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəlir. Komandamızın heyətində kifayət qədər uğurla çıxış etməyə başlayır. 2013-cü ildə Meksikada keçirilmiş Dünya Çempionatında bürünc, bir il sonra Bakıda keçirilmiş Avropa çempionatında qızıl medala layiq görülür. Ümumiyyətlə, Radik beynəlxalq turnirlərdə keçirdiyi görüşlərin çoxunda qalib tərəf olub. Maraqlıdır ki, taekvondoçumuz iştirak etdiyi müxtəlif beynəlxalq turnirlərin bütün əyarlarda medallarını qazana bilib. Dünya və Avropa çempionatlarının, eləcə də bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Radik İsayev Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, “Rio-2016” ərəfəsində üçüncü pillədə qərarlaşır. Həyat Radiki hələ yeniyetmə yaşlarında sınağa çəkib. Dağıstanda yetərli maliyyələşmənin olmaması istedadlı idmançının taekvondadan uzaqlaşmağa məcbur edir. Səbəbi isə anasının ağır xəstəlik keçirməsi olur. Onun müalicəsinə çoxlu pul lazım olduğundan Radik məşqləri dayandırıb zavodda işləməyə başlayır. Həmin müəssisə bir müddətdən sonra bağlanır. Özünə başqa iş axtarmazdan əvvəl idmana yenidən qayıdıb şansını bir daha sınamaq qərarına gəlir. Bu addımı özünü doğruldur. O, gərgin zəhməti hesabına maddi vəziyyətini yaxşılaşdıraraq ailəsinin dayağına çevrilir, həm də peşəkar idmançı kimi yetişir və bir-birinin ardınca qələbələr qazanır. Təsadüfü deyil ki, “Rio-2016”-da qələbəni kimə həsr edirsən sualına R.İsayev belə cavab verib: “Birinci növbədə mərhum atama və ilk azarkeşim olan anama. Anam mənim ən əsas azarkeşimdir və medallarımı yığıb saxlayır. Mən hər dəfə yarışa çıxanda anam hamıdan çox həyəcanlanır. Bütün medallarımı və aldığım kubokları ayırdığı otağa yığır. Mənim əsas mükafatlarım anamın kolleksiyasına çevrilib”. İdmançı üçün möhkəm iradə və qələbə əzmi də mühüm əhəmiyyətə malikdir. Biz bunu Radik İsayevin “Rio-2016”-da keçirdiyi görüşlərdə bir daha yəqin etdik. Hesabda geridə olmasına baxmayaraq, özündə güc tapır, qələbəyə inamını itirmir və son saniyələrədək mübarizəni dayandırmırdı. O, son müsahibəsində uğur qazanmasının səbəblərinin birini döyüş vaxtı məşqçilərin tapşırıqlarını yerinə yetirməsi ilə izah edir. Sözsüz ki, onun uğurlarında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının məşqçilərinin rolu da az deyil. İnanırıq ki, Olimpiya çempionumuz fəth etdiyi zirvə ilə kifayətlənməyəcək, yeni-yeni qələbələrə imza atacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info