“18 medal Azərbaycan üçün böyük nailiyyətdir”
Tarix: 24.08.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq”
“Rio-2016” Olimpiya Oyunları Azərbaycan üçün bir çox məqamla əlamətdar olub. Oyunların yekunları ilə bağlı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. Yüksək nəticələr qazanan idmançılarımıza, eyni zamanda Braziliyadakı nümayəndə heyətinə böyük dəstək verən azarkeşlərə dərin minnətdarlığını bildirən nazir deyib: “Həqiqətən də hər gün burada - uzaq Rioda biz onların dəstəyini, diqqətini hiss edir, çoxlu mesajlar alırdıq. Bakıdan çoxlu məlumatlar gəlirdi və sözsüz ki, bu dəstək bizim üçün də, idmançılarımız üçün də çox vacib idi. Düşünürəm ki, qazanılan qələbələrdə bu dəstək də böyük rol oynadı”. Olimpiya Oyunlarının idman aləmində ən mötəbər tədbir olduğunu vurğulayan nazir qeyd edib ki, idmançılarımız Azərbaycan tarixinə yeni bir səhifə yazıblar. Hər dörd ildən bir keçirilən bu nüfuzlu yarışlara idmançılar, idmanla bağlı olan insanlar, idman mütəxəssisləri - hamı çox ciddi hazırlaşır. “Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də bütün xalqımızı və azarkeşləri sevindirəcəklər”, - deyə A.Rəhimov bildirib.

“Bir neçə aydan sonra isə Tokio Olimpiya Oyunlarına hazırlıqlar başlanacaq”
Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, gərgin keçən yarışlardan sonra idmançılara istirahət üçün müəyyən vaxt veriləcək. Bir neçə aydan sonra isə Tokio Olimpiya Oyunlarına hazırlıqlar başlanacaq. Həm nazirlik, həm Olimpiya Komitəsi, ilk növbədə, federasiyalar bu işə çox ciddi yanaşırlar, nəticələri təhlil edərək növbəti mərhələlərdə atılacaq addımları planlaşdırırlar. Nazirlik bu məsələdə onlara hərtərəfli dəstək olur. Təlim-məşq toplantılarının maliyyələşdirilməsi, idmançıların yarışlara göndərilməsi, dopinqlə bağlı məsələ nazirliyin prioritet istiqamətlərindəndir və buna daha çox diqqət yetiriləcək. A.Rəhimov deyib: “Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb. Bu şərait Rio və ya London Olimpiya Oyunlarından heç də fərqlənmir. Yəni, Olimpiya standartlarına tam uyğundur. Həqiqətən də Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur”.

“Marina Durunda ən azı bürünc medala layiq idi”
Azərbaycan idmançılarının “Rio-2016”-da qazandıqları fantastik göstəricilərin gözlənilən olub-olmadığına dair sualı cavablandıran Azad Rəhimov deyib: “Biz, ilk növbədə dünyanın, ölkə ictimaiyyətinin və mediasının, mütəxəssislərimizin bu göstəriciləri necə qiymətləndirdiklərinə baxırıq və belə bir təhlil çox vacibdir. Statistik rəqəmlər də çox önəmlidir. Sözsüz ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “The Telegraph” qəzetinin apardığı təhlillərə əsasən Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq. Daha bir sevindirici hal odur ki, bu gün biz beş idman növündə çıxış edirik. Halbuki qızıl medalların sayına görə bizi qabaqlayan bəzi ölkələr maksimum üç idman növündə çıxış ediblər”. Hakim səhvlərinin, bəzi hallarda ədalətsiz qərarların nəticələrə təsirinə münasibət bildirən nazir gimnastımız Marina Durundanın çıxışını misal gətirib: “Digər federasiyaların prezidentləri mənə yaxınlaşıb deyirdilər ki, Marina Durunda çox gözəl çıxış etdi. Həqiqətən də bu çıxış ən azı bürünc medala layiq idi”. İdmançılarımızdan kimi daha çox fərqləndirdiyi barədə suala cavab verən A.Rəhimov deyib ki, mükafat qazanan 18 idmançı arasında heç kimi fərqləndirmir. Onlar hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının oğulları, vətəndaşlarıdır. Hamısı Azərbaycanı düşünürlər. Əsas məsələ də məhz budur. Komandamızdakı legionerlərə gəlincə nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır. Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. “Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq”, - deyə A.Rəhimov vurğulayıb. Nazir jurnalistlərə müsahibəsində, həmçinin ayrı-ayrı idman növlərində qazanılan nəticələri, idmançıların çıxışlarını da təhlil edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info