Saxta dərmanları aşkar edən indikator yaradılıb
Tarix: 24.08.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın Hemlayn və Notr-Dam universitetlərinin tədqiqatçılar qrupu saxta və ya vaxtı ötmüş dərmanların aşkarlanması üçün nəzərdə tutulan sadə və ucuz test sistemi hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, qiyməti 1 dollara yaxın olan sistem mum arakəsmələrlə bölünmüş 12 zolaqlı kağız əsasdan ibarətdir. Zolağın hər birində təsirli maddələrin funksional qruplarını, onların ayrılma məhsullarını və təsirsiz dərman aşqarlarını müəyyənləşdirə bilən indikatorlar dəsti yer alıb.
Analizin aparılması üçün dərmanı əzərək tozu 12 zolağın üzərinə sürtmək, daha sonra test sisteminin alt hissəsini 3 dəqiqə suya salmaq kifayətdir. Dərmanın təsiri nəticəsində zolaqlar müxtəlif rənglərə boyandıqdan sonra onlar etalon nümunəsi ilə müqayisə edilir. Müqayisəni həm gözəyarı, həm də xüsusi mobil əlavə vasitəsilə aparmaq olar.
İndikatorun test nümunələri yüksək temperaturun təsirinə məruz qalmış antibiotikləri, eləcə də Keniya və Uqanda istehsalı olan saxta dərman nümunələrini uğurla müəyyənləşdirib.
Testin mövcud versiyaları daha çox saxtalaşdırılan geniş yayılmış antibiotiklərin analizi üçün nəzərdə tutulub. Həmçinin bu dərmanlar isti ölkələrdə yüksək temperatur təsirinə dözmür və daşınma və saxlama şəraiti pozulduqda tez parçalanırlar.
Perspektivdə texnologiya yaradıcıları sistemdən qanunsuz psixotrop dərmanların, eləcə də bioloji aktiv əlavələrin farmakoloji komponentlərinin tez aşkarlanması üçün istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, dünyada saxta və keyfiyyətsiz dərmanlar problemi geniş yayılıb və hər il belə dərmanların qəbulu nəticəsində xəstəliklərdən 300 minə yaxın insan həyatını itirir.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Əsaslı emal olunmuş məhsullardan uzaq durun!
21.05.2019
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info