Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında böyük nümayəndə heyəti ilə iştirak edəcək
Tarix: 24.08.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunları keçirilməyə başlanmışdır. Bu oyunların türkdilli dövlətlər arasında gələcək əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət, milli idman növlərimizin inkişafı üçün göstərdiyi qayğı hər zaman dünya ölkələrinin diqqət mərkəzində olmuşdur.
Dövlət başçımızın tapşırığına əsasən Azərbaycan ilk oyunlarda olduğu kimi, II Ümumdünya Köçərilər Oyunlarında da böyük nümayəndə heyəti ilə çıxış edəcəkdir.
2016-cı ilin sentyabr ayının 3-dən 8-dək Qırğızstanın İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək oyunlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov başçılıq edəcəkdir.
9 idman növü üzrə 70-dən çox idmançımızın iştirak edəcəyi oyunlarda 14 hakimimiz də yer alacaq.
İdmançılarla yanaşı Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi Qırğız Respublikasına səfər edəcək jurnalistlər arasında “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İlham” qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digərləri kimi tanınmış jurnalistlərimiz var.
Həmçinin, Qırğızstan Hökumətinin müraciətin nəzərə alaraq, II Ümumdünya Köçərilər Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlərdə iştirak etmək üçün Azərbaycanın Xalq artisti, opera ifaçısı Fidan Hacıyeva, estrada müğənnisi Ələsgər Əliyev və Sahib Paşazadənin bədii rəhbəri olduğu “Muğam trio” qrupu Qırğızstana gələcəklər.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info