Oğuzda 2 min hektarda yeni fındıq bağları salınacaq
Tarix: 24.08.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Oğuz rayonunda fındıqçılıq, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilib. Rayon İcra Hakimiyyətinin rəsmisi Qəmzə Süleymanova  bildirib ki, kənd əhalisinin əsas gəlir mənbələrindən olan fındıqçılığı inkişaf etdirmək üçün yaxın illərdə rayon ərazisində 2 min hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda isə rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 1555 hektardır. Bu bağların 1122 hektarı barverəndir. 2015-ci ildə rayonun fındıq bağlarından 996 ton məhsul əldə olunub.
Tütünçülüyün inkişaf etdirilməsi də prioritet istiqamətlərdən biri olaraq qarşıya qoyulub. Gələn il üçün tütün əkini sahələrinin 10 dəfə artırılaraq 200 hektara çatdırılması nəzərdə tutulur. Bu, eyni zamanda, aqrar sahədə yüzlərlə yeni iş yerinin açılması deməkdir.
Gələcəkdə Oğuzda barama istehsalına da başlanılacaq. Bu məqsədlə cari ilin payızında rayon ərazisində 35 hektar sahədə tut bağlarının salınması planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info