Göyçayda narçılığın inkişafı ilə bağlı “Şəhər görüşü”
Tarix: 24.08.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihəsini uğurla icra edir.
Layihə çərçivəsində avqustun 23-də Göyçay Gənclər Mərkəzində narçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərin, kənd təsərrüfatı mütəxəssislərin, təhsil işçilərinin, gənclərin iştirakı ilə görüş keçirilib. Tədbirdə layihənin əlaqələndiricisi Nahid Quliyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Şəlalə Kamilova, Göyçay rayon İcra Hakimiyyətinin məsul işçisi Eldəniz Məmmədov çıxış edib. Bildirilib ki, pilot layihənin əsas məqsədi hədəf seçilmiş kəndlərdə təsərrüfat sahiblərnə nar məhsulu istehsalı üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqrotexniki qaydada düzgün idarəedilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmaqdır. Narçılıqla məşğul olan fermerlər və aqronomlar gənclərə nar bağlarına qulluq edilməsi qaydaları, ziyanvericilərə qarşı mübarizə yolları, yetişən məhsulun saxlanılması və çürüməsinin qarşısının alınması üçün vacib tədbirlər barədə məlumat veriblər.
Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov, rayon təhsil şöbəsinin müdir müavini Rahib Burcəliyev, narçılıq üzrə elmi işçi, aqronom Zaur Hacıyev gənclərin kənd təsərrüfatı sahəsi üzrə bacarıqlarının artırılması üçün onların peşə hazırlığı kurslarına cəlb edilməsinin vacibliyindən danışıblar. Məlumat verilib ki, Göyçay rayonunda insan sağlamlığı üçün əvəzolunmaz meyvə hesab olunan narın 67 sortu yetişdirilir. Bu gün Göyçayda narçılıqla məşğul olan çox az sayda arqonom var ki, onlar da yaşlı nəslin nümayəndələridir. Saf və keyfiyyətli məhsul əldə etmək üçün nar bağları xüsusi qulluq tələb edir. Gənclərin narın yetişdirilməsi sahəsində demək olar ki, anlayışı yoxdur. Göyçayda gəlirli sahə hesab olunan narçılığı inkişaf etdirmək üçün əvvəlcə gənclərdə bu sahəyə marağın yaradılmasına və onların mütəxəssis kimi yetişdirilməsinə ehtiyac var. Bu məqsədlə kəndlərdə yaşayan və narçılığa marağı olan fəal gənclər layihə çərçivəsində təlimlərə cəlb edilərək onların mütəxəssis kimi formalaşmasına köməklik göstəriləcək.
Layihənin icrası zamanı Göyçay Regional Kənd Təsərrüfatı İdarəsi, Göyçay Peşə Liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq edilir. Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi model hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.
Təlimlərdən sonra gənclərin istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.


Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi İctimaiyyətlə Əlaqələr departamenti




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info