ABŞ-dan Türkiyəyə dəstək
Tarix: 24.08.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


ABŞ hökuməti Türkiyə ordusunun Suriyada Cerablus şəhərini “İŞİD” terrorçularından azad etmək üçün başlatdığı hərbi əməliyyata münasibət bildirib.
“Hürriyet”in verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Vaşinqton əməliyyata havadan dəstək verəcək.
M. Toner qeyd edib ki, əməliyyatla bağlı Türkiyə ilə bərabər SuriyaDemokratik Qüvvələrinin təmsilçiləri ilə əlaqə saxlayırlar: "Həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri ilə təmasdayıq. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə ortaq düşmənin “İŞİD” olduğunu xatırladırıq".
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin əsasını PKK terror təşkilatınınSuriya qolu olan PYD-nin silahlı qolu YPG və ərəb qüvvələr təşkil edir. Türkiyə PKK-nın Suriya qolunun Firat çayının qərbinə keçməsini özü üçün "qırmızı cizgi" elan edib. Ancaq ABŞ-ın söz verməsinə baxmayaraq, bir müddət əvvəl “İŞİD”dən azad edilən Münbic şəhərindən YPG qüvvələri hələ də çıxmayıb. PYD Münbicdən sonra əsas hədəfinin Cerablus olduğunu bəyan etmişdi. Cerablus Suriyanın şimalı, Türkiyənin cənubunda kürdlərin əlindəki əraziləri ayıran yeganə məntəqədir. Kürd qüvvələri bu məntəqəni də ələ keçirərsə, Suriyanın şimalında kürd zolağı tamamlanmış olacaq. Bu səbəblə, Türkiyə Cerablusun kürdlər yox, Azad Suriya Ordusu tərəfindən azad edilməsinə çalışır.  
 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info