«Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşıb»
Tarix: 14.03.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


«Bahalaşma dramın qiymətdən düşməsi ilə bağlıdır və
bu hal Ermənistan iqtisadiyyatına çox pis təsir göstərəcək»
Ermənistanda keçirilən hər seçkidən sonra ərzaq məhsullarının qiymətində bahalaşma halları qeydə alınır. Ekspertlər hesab edir ki, bu məsələ bilavasitə seçki prosesi ilə bağlıdır. Çünki Ermənistanı idarə edən oliqarx məmurlar dəstəsi seçki vaxtı seçiciləri pulla ələ alırlar.
Bəzən bunu o qədər açıq edirlər ki, sanki seçicinin rüşvətlə ələ alınması seçki kampaniyasının tərkib hissəsidir. Ermənistan mətbuatı yazır ki, seçki dövründə rüşvət paylanan məntəqələrin qarşısında uzun növbələr dayanır. Vətəndaşlar seçki məntəqəsinə getməzdən əvvəl rüşvət verilən məntəqəyə baş çəkirlər. Oliqarxlar bununla həm seçicilərin səsini qazanmağa, həm də seçkinin nəticəsinə legitimlik imici qazandırmaq üçün aktivliyin olduğunu nümayiş etdirməyə çalışırlar. Amma elə ki seçki bitdi, Ermənistan hakimiyyətini işğal etmiş oliqarxlar başlayırlar xərclədikləri pulu geri yığmağa. Bunun ən əsas yolu nəzarətlərində olan marketlərdə ərzaq məhsullarının qiymətini bahalaşdırmaqdır. Son parlament seçkilərindən dərhal sonra işğalçı ölkənin marketlərində qeydə alınan bahalaşma və vətəndaşların narazılığı da bu faktı təsdiq edir. Bu dəfəki bahalaşmanı da fevralın 18-də keçirilmiş və kütləvi saxtakarlığın qeydə alındığı prezident seçkiləri ilə əlaqələndirənlər də çoxdur. «Nyus.am» yazır ki, Ermənistanın hər tərəfində dükanlarda bir çox ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Ölkəyə idxal edilən siqaret qutusunun qiymətində 10 dram, təbii şirə qutularında isə 50 dram bahalaşma baş verib. Sayt yazır: «Bu dəfəki bahalaşma dramın qiymətdən düşməsi tendensiyası ilə bağlı ola bilər və bu hal Ermənistan iqtisadiyyatına çox pis təsir göstərəcək». Yazıda qeyd edilir ki, Ermənistanın fond birjasında bir dollar 411 drama dəyişdirildiyi halda, son günlər dollar bahalaşaraq 415 dram olub.
ANAR




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Paşinyan erməni cəmiyyətini “xeyir və şər“ qüvvələrə bölüb
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info