Abraham Kuper: “Azərbaycan tarixən təqiblərə məruz qalan yəhudilər və xristianlar üçün sığınacaq olub”
Tarix: 24.08.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Huffington Post” nəşrində ABŞ-dakı Simon Vizental mərkəzinin rəhbərinin müavini Abraham Kuperin “Dünyəvi müsəlman cəmiyyətində çoxkonfessiyalı model” adlı məqaləsi dərc edilib. Müəllif bu məqalədə Sovet İttifaqında dini mərasimlərin və dindarlığın qadağan edilməsi, habelə zorakılıq və terrorizmlə əlaqədar aktual problemlərdən bəhs edir.
44 il bundan əvvəl Yom-Kipur bayramı zamanı SSRİ-yə səfəri barədə xatirələrini bölüşən Ravvin yazır ki, həmin illərdə sinaqoq, kilsə və məscidlərin çoxu bağlanmış və ya dağıdılmışdı. A.Kuper o vaxt Bakıda olarkən çoxsaylı yəhudilərlə, o cümlədən nasizmdən xilas olaraq Bakıda sığınacaq tapmış Polşa mənşəli yəhudilərlə və əcdadları 2500 il bundan əvvəl Solomon məbədinin dağıldığı dövrdə yaşamış yəhudilərin törəmələri ilə tanış olmuşdu.
Ravvin yazır ki, indi zəmanə dəyişib və 2016-cı ildə din çox vaxt ümid mənbəyi deyil, münaqişənin legitimləşdirilməsi, insanların bir-biri ilə mübarizə aparan qruplara bölünməsi, zorakılıq və terrorizm amili hesab edilir.
Ravvin yazır ki, sosial ədalətsizliyin və nifrət hissinin aradan qaldırılması üzrə tərəfdaşlar axtara-axtara yenidən Bakıya – artıq müstəqil Azərbaycanın paytaxtına gedib çıxıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu dövlətdə multikulturalizm şəraiti yaradılıb və vətəndaşlar rahatca öz məbədlərinə gedə bilirlər. Müəllif vurğulayır ki, 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib.
A.Kuper daha sonra yazır ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilər və xristianlar üçün sığınacaq kimi xidmət edib. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir. Buna görə də ravvinin fikrincə, nifrət və terrorizm fonunda şüurlu əməkdaşlıq anlayışı həyati əhəmiyyət kəsb edə bilər. “İŞİD” tərəfdarlarının etnik təmizləmələr apardığı, orta əsrlər dövrünə xas olan vəhşiliklər törətdiyi regionda dini azlıqları müdafiə edən, onlara hörmət bəsləyən hər bir liderdən öyrənməli məsələlər var.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info