ADPU-da “Yay liderlik məktəbi” layihəsinin açılışı olub
Tarix: 24.08.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən həyata keçirilən “Yay liderlik məktəbi” layihəsinin açılışı olub. Layihə universitetin rəhbərliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə həyata keçirilir.
ADPU-dan bildirilib ki, tədbiri açan bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov layihənin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, həyatda qarşıya qoyulan məqsədə çatmaq üçün vahid komanda olmalı, görüləcək işlər, strateji hədəflər müəyyən edilməlidir. Prezident İlham Əliyev müəllim hazırlığına xüsusi diqqət yetirir. İyirmi minədək tələbəsi olan ADPU ölkəmizin ali təhsil sistemində xüsusi yer tutur. Bu il ADPU-nun yaranmasının 95 ili tamam olur. Universitetin məzunları ölkəmizin inkişafında mühüm rol oynayırlar. Həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər qoyur. O deyib: “Biz cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq. TGT birinci kursa qəbul olan tələbələrlə sıx işləməli, onlara hərtərəfli dəstək verməli, universitetin ümumi inkişaf prosesinin fəal qüvvəsi olmalıdır”. Layihə iştirakçılarına uğurlar arzulayan Cəfər Cəfərov belə proyektlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbirdə TGT-nin sədr müavini Aytac Fərzəliyeva layihənin həyata keçirilməsi üçün təşkilat komitəsinin yaradıldığını, iştirakçıların seçim mərhələsinin müəyyənləşdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, layihədə universitetin filiallarından və Azərbaycan Dövlət Pedaqoji Kollecindən 60, o cümlədən bu il universitetə qəbul olmuş 5 birinci kurs tələbəsi iştirak edir. Layihənin icrası zamanı sosial şəbəkələrdə yaradılmış səhifələr vasitəsilə davamlı təbliğat işləri aparılacaq. Dörd komandanın iştirak etdiyi layihənin sonunda qaliblər mükafatlandırılacaq.
ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev TGT-nin uğurla fəaliyyət göstərdiyini vurğulayıblar.
Sonra layihə iştirakçıları Şəmkir rayonuna yola düşüblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info