Naxçıvanda əhalinin gəlirləri artıb
Tarix: 24.08.2016 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Muxtar respublikada iqtisadi fəallığın artması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin olunması sahəsində həyata keçirilən tədbirlər əhali gəlirlərinin artmasına səbəb olub. Bu da həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə imkan yaradır. Belə ki, bu ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 998 milyon 783 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 2 min 240,9 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, təkcə cari ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 406,8 manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım deməkdir.
Gəlirlərin artması istehlak bazarındakı xərcləmələrə, əhalinin onlara göstərilən pullu xidmətlərdən istifadə səviyyəsinə və fərdi mənzil tikintisinə də öz təsirini göstərib. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon 77 min 900 manat həcmində istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Yaxud, 2016-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 28 milyon 714 min manata yaxın olub və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artıb. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 23 milyon 691 min 600 manat olmaqla, bir il öncəki göstəricini 1,7 faiz üstələyib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Belə ki, 2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min 833 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu isə 2015-ci ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyir.
Əhali gəlirlərinin artırılmasında səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinin mühüm əhəmiyyəti var. 2016-cı ilin ilk altı ayında muxtar respublikada 1811 yeni iş yeri yaradılıb ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Sahibkarlıq fəaliyyətinin də bu sahədəki rolu çox mühümdür. Muxtar respublikada sahibkarlığın genişləndirilməsi üçün göstərilən dövlət dəstəyi də bu məqsədə xidmət edir. Bu baxımdan cari ilin yanvar-iyul aylarında muxtar respublikada təsərrüfat subyektləri üçün verilən kreditlərin həcmi diqqəti cəlb edir. Belə ki, 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 937 min 200 manat məbləğində kreditlər verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info