“PKK-nı, “İŞİD”i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər”
Tarix: 24.08.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Ərdoğan: “Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz”

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Suriyanın Cerablus şəhərinin “İŞİD” terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata münasibət bildirib.  
“CNN Türk” telekanalının verdiyi məlumata görə, əlillərlə görüşdə çıxış edən R. T. Ərdoğan deyib ki, bu gün səhər saat 04.00 radələrində ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb: “Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin hesabını ağır ödəyəcəklər. Dünya terroru sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, “İŞİD”i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.
 
R. T. Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gəldiyini və onunla görüşəcəyini söyləyib: “Baydenə deyəcəyəm ki, 1998-ci ildən Fətullahçı Terror Təşkilatının lideri ölkənizdədir. ABŞ və Türkiyə arasında cinayətkarların ekstradisiyası ilə bağlı imzaladığımız müqavilənin 9-cu bəndinə əsasən Fətullah Güləni Türkiyəyə təhvil verməlisiniz. ABŞ-a lazımi sənədləri göndərmişik. Biz ABŞ-ın istədiyi cinayətkarları sorğu-sualsız ABŞ-a təhvil vermişik, çünki strateji ortağıq. Əgər biz strateji ortağıqsa, bu cür adamı ABŞ-da saxlamaq ABŞ-a heç nə qazandırmır”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info