“Türkiyənin cənubundan “İŞİD” terror təşkilatını siləcəyik”
Tarix: 24.08.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Türkiyənin cənubundan “İŞİD” terror təşkilatını siləcəyik”. 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. 
M. Çavuşoğlu artıq Türkiyə ordusunun tanklarının Cerablus istiqamətində Suriya sərhədini keçdiyini təsdiqləyib, Azad SuriyaOrdusunun da əməliyyata qatıldığını bildirib: “Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəldi. Salih Müslüm, PKK-nın Suriya qolu PYD niyə narahat oldu? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaq, kantonlar qurmaq olmasaydı, niyə narahat olurdu? PYD qüvvələri Fərat çayının şərqinə keçməməlidir. ABŞ da bizə Münbic əməliyyatı zamanı bu barədə söz vermişdi. Əks təqdirdə, Türkiyə lazım olan addımı atacaq. Bizim məqsədimiz Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaqdır. Əgər PYD terroru, silahı buraxacaqsa, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdırsa, narahat olmamalı idi. Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. İranda PJAK, Türkiyədə PKK, Suriyada PYD eynidir, getdikləri yerlərdə başqa etnik qrupları, özləri kimi düşünməyən kürdləri belə o ərazilərdən deportasiya edirlər. Bizim “İŞİD”dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info