Referendumla bağlı ixtisaslaşdırılmış kurslar başa çatdı
Tarix: 24.08.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Dünən aşağı komissiyaların üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kursların sonuncu günündə 23 saylı Nəsimi-Səbail seçki dairəsi dairə seçki komissiyasında “Referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, “Referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında seminarlar keçirilib.
Kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil edilib.
Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Ağabala Quliyev deyib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Mərkəzi Seçki Komissiyasının tədbirlər planına uyğun olaraq bizim dairəni əhatə edən məntəqələrdə referenduma ciddi hazırlıq işləri görülür.
Qeyd edilib ki, çox mühüm seçki sənədi olan seçici siyahıları yenilənib və ictimailəşdirilib. Seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər davam etdirilir.
Bildirilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən də ətraflı danışılıb.
Qeyd edilib ki, qanunvericiliyə əsasən referendum günü məntəqələrdə görülən işlər və səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info