Aram Manukyan:“Ermənistan bütün regional layihələrdən kənarda qalıb“
Tarix: 24.08.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Ən böyük bəla isə budur ki, bu istiqamətdə heç bir perspektiv də gözlənilmir»

«Ermənistanın mövcud hakimiyyətinin uğursuz fəaliyyətinin nəticəsidir ki, ölkə heç bir şeyə nail ola bilməyib. Bu gün Ermənistan bütün regional layihələrdən kənarda qalıb». Bu acı həqiqəti Ermənistanın müstəqillik banilərindən biri kimi təqdim edilən Aram Manukyan etiraf edib.
Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan keçirdiyi mətbuat konfransında ölkəsinin son durumu barədə danışıb. «News.am» saytı Manukyanın fikrilərinə istinadən Ermənistanı bölgənin əsas aparıcı oyunçuları arsında ən cılız oyunçu ölkə kimi təqdim edir: «Ermənistan üçün bu gün əsas oyunçular qonşu Türkiyə, Gürcüstan, Azərbaycan, İran və Rusiyadır. Məhz bu ölkələr üçün Ermənistanın öz müstəqilliyini sərfəli etmək lazım idi . Ancaq təəssüf ki, bütün bunlara rəğmən Ermənistan bu işin ötdəsindən gələ bilmədi və bu gün, göründüyü kimi, ölkə bütün layihələrdən kənarda qalıb. Ən böyük bəla isə budur ki, bu istiqamətdə heç bir perspektiv də gözlənilmir».
Manukyana görə, bu gün Rusiyanın Türkiyə və İranla münasibətlərində yaxşılaşma müşahidə edilməkdədir. Bu ölkələr arasında çoxtərəfli münasibətləri formalaşır, Rusiya, eyni zamanda, Azərbaycanla da strateji əlaqələr yaradır: «Tədricən Rusiya ilə Gürcüstan arasındakı münasibətlər yaxşılaşmağa doğru inkişaf edir. Türkiyə Gürcüstanla münasibətləri genişləndirir. Türkiyə, Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq inkişaf edir. Bizim daimi müttəfiqimiz olan İran Rusiya, Azərbaycan və Türkiyə ilə daha yaxşı əlaqələr qurur»-deyən deputat bir daha əlavə edir ki, «Ermənistan isə bütün bunları sadəcə olaraq, kənardan müşahidə etməkdədir. Belə görünür ki, Ermənistanın güclənməsi heç bir dövlət üçün sərfəli deyil. Bu o deməkdir ki, Ermənistan bölgənin əsas maneə subbyektlərindən birinə çevrilməkdədir. Məhz buna görə, heç bir dövlət Ermənistanla hər hansı bir iş görmək, ölkəyə investisiya qoymaq marağında deyil.

«Tədricən Rusiya ilə Gürcüstan arasındakı münasibətlər yaxşılaşmağa doğru inkişaf edir. Türkiyə Gürcüstanla münasibətləri genişləndirir. Türkiyə, Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq inkişaf edir. Bizim daimi müttəfiqimiz olan İran Rusiya, Azərbaycan və Türkiyə ilə daha yaxşı əlaqələr qurur»

Təbii ki, bütün bunlar mövcud hakimiyyətin uğursuz siyasəti sayəsində baş verməkdədir. Ələbaxımlıq , ölkədə heç bir inkişafın nəzərə çarpmaması Ermənistanı öz müstəqilliyini gücləndirmək iqtidarından məhrum edib.” “Bu gün Ermənistana, bu ölkənin maraqlarına, eyni zamanda Qarabağ maraqlarına dəstək ola biləcək elə bir dövlət də artıq mövcud deyil»-deyə Manukyan bildirib..
Maraqlı məqamlardan biri də budur ki, Ermənistanın artıq tənəzzül bataqlığında qərq olduğunu ölkənin başqa rəsmiləri də etiraf etmək məcburiyyətindədir.

“Ermənistanın güclənməsi heç bir dövlət üçün sərfəli deyil. Bu o deməkdir ki, Ermənistan bölgənin əsas maneə subbyektlərindən birinə çevrilməkdədir. Məhz buna görə, heç bir dövlət Ermənistanla hər hansı bir iş görmək, ölkəyə investisiya qoymaq marağında deyil.”

Belə ki, «Birinci informasiya» saytına açıqlama verən Ermənistandakı "İrs" partiyasının sədr müavini Armen Martirosyana görə, artıq ölkə rəhbərliyi də gəminin batdığını anlamaqdadırlar. Lakin onlar batmaqda olan gəminin xilas yolu kimi qanunsuz vasitələrdən yararlanmağa çalışırlar.
Armen Martirosyanın sözlərinə görə, artıq «batan gəmi»ni xarici və daxili səbəblər üzündən xilas etmək də mümkün deyil. Bunun kökləri daha uzaqlara gedir. Bu, ilk olaraq ölkədəki biabırçı sosial-iqtisadi vəziyyətlə bağlıdırsa, digər səbəbi xarici siyasət, ilk öncə Qarabağ məsələsi ilə bağlıdır: «Hazırda ölkədə heç bir sabitləşmə prosesi aparılmır. Ölkədə sabitləşməyə nail olmaq üçün isə ilk olaraq, hazırda Ermənistanda tüğyan edən böhrandan çıxış yolu istiqamətində addımlar atmaq lazımdır. Hakimiyyətdən isə belə bir təşəbbüs hələ ki görünmür»-deyə, Martirosyan bildirir.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info