Dağ Yəhudiləri dini icmasının rəhbərinə “Şöhrət” ordeni təqdim edilib
Tarix: 24.08.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Milix Yevdayev: “Azərbaycan tolerantlıq rəmzidir”

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətlərindən danışıb. O, bu xidmətlərin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verən Mübariz Qurbanlı Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Bildirib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Dini konfessiyaların fəaliyyəti barədə məlumat verən Mübariz Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən danışıb. O qeyd edib ki, bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir. Komitə sədri Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, həmin ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
Sonra “Şöhrət” ordeni Milix Yevdayevə təqdim olunub.
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev onun fəaliyyətinə verilən bu qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb. O bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyalar kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Hacı Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin salamlarını və təbrikini çatdıraraq deyib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. O, dini icmalara Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, məhz Ümummilli Lider müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrindən danışıb, Prezident İlham Əliyev tərəfindən Milix Yevdayevin belə mötəbər ordenlə təltif edilməsini dövlətimizin dini konfessiyalara, qeyri-İslam dini icmalara göstərdiyi yüksək diqqət və qayğısının təzahürü kimi dəyərləndiriblər. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info