“Kütləvi çıxarış” kampaniyası Abşeronda
Tarix: 24.08.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və əlçatanlığı təmin etmək məqsədilə “Kütləvi çıxarış” kampaniyasını davam etdirir. Komitənin həyata keçirdiyi bu sosial layihə sayəsində vətəndaşlar və əmlak sahibləri öz ünvanlarındaca qeydiyyat sənədləri əldə edə bilir. Kampaniya regionlarda vətəndaşlara xidmət göstərməklə yanaşı, paytaxtda və respublikanın digər şəhərlərində inşa edilmiş çoxmərtəbəli binalarda mənzil sahibi olan sakinlər üçün də təşkil olunur. Belə ki, növbəti dəfə “Kütləvi çıxarış” kampaniyası 24 avqust tarixində Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilmiş binanın sakinləri üçün keçirilib. Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıb.
Kampaniya çərçivəsində 100-ə yaxın bina sakini öz mənzillərinə dair çıxarışlar əldə edib. Həmçinin, bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır.
Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
Kampaniya zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi məsləhət xidmətləri hazırda davam etdirilir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
Bütün bunlarla yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən bir pəncərə prinsipi, əmlakın qeydiyyatı ilə bağlı SMS xidmətlər, elektron qaydada daşınmaz əmlak barədə məlumatların öyrənilməsi, qeydiyyat üçün sərf edilən müddətlərin mərhələli şəklidə azaldılması, regional qeydiyyat ofislərinin müasir standartlara uyğunlaşdırılması kimi tədbirlər qeydiyyat sisteminin kifayət qədər inkişafına səbəb olub. Bu tədbirlərin məqsədi bu sahədə göstərilən xidmətlərdən ölkə əhalisinin daha çevik, rahat, şəffaf bir şəraitdə yaralanmasıdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info